"Ermənistan Xarici İşlər Nazirliyinin yeganə yolu qərbdən kömək hədəfləyən məzlum bəyanatlara qalıb" - DEPUTAT
Ötən gün qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə təmasların növbəti mərhələsi, Kişineu görüşü ərəfəsində Ermənistanın və separatçıların yenidən aktivləşməsi həm İrəvanın, həm də Xankəndidəki qondarma rejimin çarəsizliyin ifadəsidir. Hər kəsə bəllidir ki, Azərbaycanın sülh müqaviləsi ilə bağlı şərtləri dəyişməzdir və heç bir güc mərkəzi də bu şərtlərdə hansısa formada korreksiya edə bilməz. İlk olaraq ona görə ki, Cənab İlham Əliyevin mövqeyi beynəlxalq hüququn prinsiplərini ehtiva edən şərtlərinə qarşı çıxmaq əslində elə BMT Nizamnaməsinə qarşı çıxmaq olar ki, heç bir beynəlxalq subyekt belə bir riskə cəhd etməz".
Bu sözlər Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, qərb enerji təhlükəsizliyində müstəsna rol oynayan Azərbaycanı və güvənilir tərəfdaş, eyni zamanda da qlobal siyasi oyunçu olan cənab İlham Əliyevi qarşısına almaq niyyətində deyil.
"Azərbaycan siyasi və iqtisadi cəhətdən tam müstəqildir və bu, Bakıya imkan verir ki, istənilən mümkün xarici təsiri neytrallaşdırsın.Ermənistan vəziyyətin ciddiliyinin fərqindədir və başa düşür ki, Qarabağ məsələsində söz sahibi deyil, bu, Azərbaycanın daxili işidir. Müqavimət göstərmək əbəsdir, buna İrəvanın nə gücü, nə imkanı, nə də nüfuzu yoxdur. Ermənistan Xarici İşlər Nazirliyinin yeganə yolu qərbdən kömək hədəfləyən məzlum bəyanatlara qalıb. Eyni zamanda separatçılar da sonlarının gəldiyinin fərqindədir və bu mənada daşımalarla, yaxud "mövqelərində" hərəkətlənmə ilə sadəcə öz qiymətlərini daha baha göstərməyə çalışırlar. Amma bunun Bakı üçün əhəmiyyəti varmı? Cənab İlham Əliyevin mövqeyi qətidir, dərhal qondarma qurum və vəzifələrdən imtina edilməzsə, lazımi addımlar atılacaq, yox Azərbaycanın məsləhətinə əməl edərlərsə, amnistiya mümkündür. Ermənistan və separatçılar bu bəyanatı fərqli donda ajiotaja çevirmək istəsələr də Vaşinqtondan gələn bəyanat onların ümidini qırdı. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirdi ki, - "biz amnistiya məsələsinə baxılması ilə bağlı Prezident Əliyevin son fikirlərini alqışlayırıq".
Belə bir situasiyada, təbii ki, Ermənistanın manevr imkanları geniş deyil. Hətta Makron amili belə İrəvana hansısa formada dividend gətirə bilməz, ən çoxu prosesi uzada bilər. Prosesin uzanması ssenarisinə isə Bakı hazırdır. Cənab Prezident Laçında açıq formada ifadə etdi ki, "Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 918 Tarix: 05 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021