Nikol "sülh olacaq" demişdi, bəyanat da olmadı: Nə baş verir?

Nikol "sülh olacaq" demişdi, bəyanat da olmadı: Nə baş verir?Axar.az Millət vəkili Cavanşir Feyziyevlə müsahibəni təqdim edir:

- Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində beştərəfli qeyri-rəsmi görüş nə ilə yadda qaldı?

- Avropa Siyasi Birliyinin 2-ci Sammitinin əsas müzakirə mövzusu gözlənildiyi kimi əsasən Rusiya -Ukrayna müharibəsi oldu. Lakin 50 dövlətin və bir sıra beynəlxalq təşkilatların qatıldığı bu tədbirdə ikitərəfli və çoxtərəfli görüşlər də baş tutdu. O cümlədən Azərbaycan Prezidentinin Aİ Şurasının sədri Şarl Mişellə görüşü, Fransa və Almaniya rəhbərlərinin iştirakı ilə Ermənistan baş naziri ilə , eləcə də ayrılıqda Ukrayna prezidenti ilə görüşləri xüsusi maraq doğururdu. 5- tərəfli görüş Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə fikir mübadiləsi xarakteri daşıyırdı. Əvvəlcədən də ehtimal olunduğu kimi bu görüşdə hər hansı bir qərar və ya sənəd qəbul olunmadı. Buna baxmayaraq tərəflərin mövqelərinin bir daha aydınlaşdırılması baxımından bu görüş də əhəmiyyətli oldu.

- Fransa ənənəvi olaraq qeyri-rəsmi görüşlə bağlı qaydaları pozdu, belə ki, görüşlə bağlı Şarl Mişelin açıqlama verməsinin razılaşdırılmasına baxmayaraq, Makron da münasibət bildirdi. Sizcə, Makronun bu addımının səbəbi nədir?

- Makron həmişə özünü Avropanın lider dövlətinin başçısı kimi təqdim etməyə çalışır. Bu səbəbdən Fransanın öhdəsindən gələ biləcəyi və bilməyəcəyi bütün siyasi proseslərə müdaxilə etməyə cəhd göstərir. Amma gördüyümüz kimi, bir çox hallarda onun cəhdləri uğursuzluqla nəticələnir. Afrika qitəsindən tədricən sıxışdırılıb çıxarılması, Şərqi Aralıq dənizindəki mübahisəli vəziyyətlə bağlı nəticəsiz müdaxiləsi, eləcə də Vətən müharibəsi zamanı Azərbaycana öz torpaqlarını işğaldan azad etməyə mane olmaq cəhdləri və s buna misal ola bilər. Bütün bunlarla yanaşı, Fransanın özündə kifayət qədər problemlər var və onların çoxu məhz Makronun prezidentliyi dövründə yaranıb. Ölkə daxilində reytinqinin kifayət qədər aşağı olmasına baxmayaraq Makron beynəlxalq arenada Fransanın reytinqini yüksək göstərməyə çalışır. Lakin aydındır ki, beynəlxalq siyasətin reytinq barometri bu cür çalışmır.

- Kişinyov görüşündə əvvəlcə sülh müqaviləsinin imzalana biləcəyini elə Ermənistan baş naziri demişdi. Daha sonra bu sözlərindən imtina etdi və kommunikasiya və delimitasiya ilə bağlı iki sənədin imzalana biləcəyi gündəmə gətirildi. Bunun ardınca "imzalanası heç bir sənəd yoxdur" deyən Paşinyan "yol xəritəsi" və yaxud bəyanat olacağını istisna etməmişdi. Ancaq son görüşdə ümumiyyətlə bəyanat da olmadı. Sizcə, nə baş verdi ki, bu qədər ziddiyyətli açıqlamalar bir-birini müşayiət etdi?

- Ermənistan baş nazirinin son zamanlar verdiyi açıqlamalar bir çox hallarda daxili auditoriyaya hesablanıb və bir növ ölkə daxilində nəbz yoxlanışı məqsədi daşıyır. Paşinyan heç bir halda hakimiyyəti itirmək istəmir. Sülh müqaviləsini imzalamağa məcbur olduğunu da bilir, lakin bu addımın erməni cəmiyyətində hansı sonrakı hadisələrə yol açacağını başa düşməyə çalışır. Digər tərəfdən, Ermənistan heç vaxt öz taleyini özü həll edən və öz gələcəyi haqqında özü qərar verən dövlət olmayıb və bu gün də belədir. Paşinyan xarici güclərin, siyasi himayədarların təlimatına və dəstəyinə ümid etməklə özlərinə sərf edən addımları atmağa çalışır. Bu günkü vəziyyətində isə Ermənistana təlimatlar və vədlər verənlərin də sayı artıb. Əvvəllər yalnız Rusiyanın vassalı kimi tanınan Ermənistan bu gün gah Fransaya, gah Hindistana, gah da İrana yarınmağa çalışır. Odur ki, Paşinyan hələlik qeyri-müəyyənlik içində atmalı olduğu addımları düşünür və səhv etməməyə çalışır. Tez-tez ziddiyyətli açıqlamaların səsləndirilməsi də buradan qaynaqlanır.

- Rəsmi İrəvan 1975-ci il xəritəsindən bəhs edir və guya bu xəritəni Azərbaycanın da qəbul etdiyini iddia edir. Azərbaycan tərəfdən isə bununla bağlı bircə dəfə də olsun, açıqlama verilməyib. 1975-ci il xəritəsində nələr var ki, Ermənistan Baş naziri bu xəritəyə meyillidir?

- Ermənistan öz müqəddəratını təyin edərkən ona verilmiş 9 min kv. km ərazidə özünün ilk milli dövlətini elan edib. Lakin bu gün onun ərazisi 29 min kv.km təşkil edir. Təxminən 20 min kv.km ərazini ermənilər sovet dövründə Moskvanın köməyi ilə bizdən ilhaq edib və bu proseslərə rəsmi don geyindiriblər. Ona görə tarixdə 70- ci illərdən geriyə baxmaq Ermənistan üçün sərfəli deyil. Xüsusilə sovet hakimiyyətinin ilk 10 ilində Zəngəzurun və Göyçənin ermənilərə verilməsi və sovet ittifaqının süqutuna qədər Qərbi Azərbaycanlıların bu günkü Ermənistan ərazisindən dəfələrlə deportasiya edilməsi sənədlərlə təsdiq oluna bilən faktlardır. Ermənistan həmin proseslərin gündəmə gəlməsindən qorxur və ona görə bütün ilhaq prosesləri başa çatandan sonra yaranan reallıqdan çıxış etməyə çalışır. Lakin bu məsələdə Azərbaycan Prezidentinin qətiyyəti hamıya yaxşı məlumdur. Sovet dövründə mövcud olmuş inzibati sərhədlər qəbul okunsa belə bu günkü Ermənistan ərazisində yaşamış Azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar.

- İyulda və oktyabrda növbəti görüşlər gözlənilir. 10 gün sonra isə Vaşinqtonda XİN başçılarının görüşü planlaşdırılır. Bu gün isə baş nazir müavinlərinin Moskvada kommunikasiyaların açılması ilə bağlı məsləhətləşmələri olacaq. Deyəsən, sülh sazişi ilə kommunikasiyaların açılması prosesi bir-birindən ayrılıb və Brüssel/Vaşinqton və Moskva formatlarının sanki "gündəmi" razılaşdırılıb: sülh Qərbdə, kommunikasiya Moskvada. Sizcə, belə bir bölgü aparılıbmı?

- Əlbəttə, rəsmən belə bir bölgü aparılmayıb və belə bir paradiqma mövcud deyil. Lakin hər bir güc mərkəzi öz maraqlarından çıxış edir. Bütövlükdə qərb siyasi dairələri bölgədə sülh yaranmasında maraqlı görünürlər, çünki Avrasiya miqyaslı qloballaşma prosesləri onların maraqlarına cavab verir. Rusiya isə artıq belə böyük iddialarla çıxış etmək iqtidarında olmadığı üçün heç olmasa özü üçün dünyaya çıxış yollarının tam qapanmaması üçün çalışır. Bölgədə sülhün yaranması və Zəngəzur dəhlizinin açılması Qərb üçün qlobal əməkdaşlıq imkanlarını genişləndirir. Çoxsaylı sanksiyalara məruz qalmış Rusiya isə heç olmasa Zəngəzur dəhlizi vasitəsilə üçüncü ölkələrdən keçməklə dünyaya çıxış əldə etməyə çalışır. Nəticədə təbii olaraq sizin dediyiniz qeyri-rəsmi bölgü təəsüratı yaranır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1292   Tarix: 03 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr
.

Meksika Kubaya yanacaq təchizatını tamamilə dayandırıb

Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 2026-cı ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə dayandırıb. Bu barədə "El Universal" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin azaldılmasında

6 oktyabr
.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə

7 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

Tramp: Dövlət hesabına yayımlanan reklamları siyasi fond ödəyəcək

ABŞ Prezidenti Donald Tramp vergi ödəyicilərinin vəsaiti hesabına yayımlanan və onun siyasətini təbliğ edən televiziya reklamları ilə bağlı qərarını dəyişib. xəbər verir ki, Trampın sosial media hesabında yazdığına görə, bundan sonra bu cür reklamların xərclərini onun siyasi Siyasi Fəaliyyət Komitəs

6 oktyabr
.

BBC: "Süni intellektin nəzarətdən çıxması ilə bağlı yeni ssenarilər araşdırılır"

BBC-nin son materiallarında süni intellekt sistemlərinin gözlənilməz davranışları və AI agentlərinin insan nəzarətindən kənara çıxması ilə bağlı risklər araşdırılır. BBC-nin "Unexpected Elements" proqramında da AI agentinin nəzarətdən çıxması ssenarisi ayrıca müzakirə olunub. BBC-yə istinadə

7 oktyabr
.

Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...

Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların

7 oktyabr
.

Cənubi Koreya Ukraynadan səfirini geri çağırır

Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so

8 oktyabr