Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər

Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilərFərdi yaşayış evlərinin tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması həm tikinti prosesində işçilərin həyat və sağlamlığı üçün, həm də sonradan evdə yaşayan insanların təhlükəsizliyi üçün ciddi risklər yarada bilər. Xüsusilə bünövrə və daşıyıcı konstruksiyaların düzgün qurulmaması, elektrik və qaz xətlərinin normativlərə uyğun çəkilməməsi qəza və digər təhlükəli hallara səbəb ola bilər. Bu baxımdan, tikinti zamanı texniki və təhlükəsizlik tələblərinə əməl olunması mühüm əhəmiyyət daşıyır.

Bəs, fərdi yaşayış evlərinin tikintisi zamanı ən çox hansı təhlükəsizlik qaydaları pozulur, işçilərin təhlükəsizliyinin təmin edilməsi, bünövrə və konstruksiyaların düzgün qurulması, elektrik və qaz xətlərinin çəkilməsi zamanı hansı tələblərə xüsusi diqqət yetirilməlidir və ev sahibi gələcəkdə yarana biləcək qəza risklərinin qarşısını almaq üçün hansı əsas qaydalara əməl etməlidir?
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilərMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, fərdi ev tikintisində əsas təhlükəli pozuntular hündürlükdə qorunmadan işləmək, dayanıqsız iskelelərdən istifadə etmək, qazıntıları uçqundan qorumamaq və açıq elektrik birləşmələrinə yol verməkdir.

"İşçilər təhlükəsizlik üzrə təlimatlandırılmalı, sahə hasarlanmalı, təhlükəsiz iş platformaları və qoruyucu məhəccərlər qurulmalı, işə uyğun fərdi mühafizə vasitələri təmin edilməlidir. Qazıntıdan əvvəl yeraltı kommunikasiya xətlərinin yeri dəqiqləşdirilməlidir. Bu tədbirlər yıxılma, torpaq altında qalma və elektrik vurması riskini azaldır. Bünövrə və daşıyıcı konstruksiyalar mühəndis hesablamasına əsaslanmalıdır. Torpağın daşıma qabiliyyəti, yeraltı sular və ərazinin seysmik şəraiti araşdırılmalıdır. Armatur, beton və daşıyıcı elementlər layihəyə uyğun seçilməli, hesablamasız əlavə mərtəbə tikilməməli və konstruksiya dəyişdirilməməlidir. Bu məsələlərdə səhv sonradan qeyri-bərabər çökməyə, çatlara və dayanıqlığın itirilməsinə səbəb ola bilər".

Ekspert bildirib ki, elektrik işləri ixtisaslı mütəxəssis tərəfindən görülməli, kabel və avtomatik açarlar yükə uyğun seçilməli, torpaqlama və sızma cərəyanından mühafizə təmin olunmalıdır:

"Quraşdırma istifadəyə verilməzdən əvvəl yoxlanılmalıdır: yanlış birləşmə həm elektrik vurması, həm də yanğın təhlükəsi yaradır. Qaz xətləri layihəyə uyğun, mütəxəssis tərəfindən çəkilməli, qaz verilməzdən əvvəl sızdırmazlıq yoxlanılmalıdır. Havalandırma və yanma məhsullarının düzgün xaric edilməsi də vacibdir - burada nöqsan partlayışla yanaşı, dəm qazından zəhərlənmə riski yaradır. Ev sahibi tikintiyə başlamazdan əvvəl evin göstəricilərinə uyğun məlumatlandırma və ya icazə proseduruna əməl etməlidir. Tövsiyəm budur: ixtisaslı layihəçi və podratçı seçilsin, mərhələli mühəndis nəzarəti təşkil olunsun. Xüsusən armatur betonlanmadan, elektrik xətləri örtülmədən yoxlanılsın və nəticələr sənədləşdirilsin. Gizli qüsuru sonradan tapmaq və düzəltmək daha çətin və baha başa gəlir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 323   Tarix: 07 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?

Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril

6 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb. Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran, Lerikdə 5

6 oktyabr
.

Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video

Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb. həmin görüntüləri təqdim edir:. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb. Həmçinin on

7 oktyabr
.

AzTV 1 milyon manatlıq nə alır?

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən televiziya avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması ilə bağlı tender elan edilib. -ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 188 min manat təşkil edir. Satınalma çərçivəsind

6 oktyabr
.

Zəlzələ, sel, daşqın... İnsanlar niyə mənzillərini sığortalamaq istəmir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Zəlzələ, sel, daşqın və digər təbii fəlakətlər nəticəsində mənzillərə ciddi ziyan dəyməsi insanlara əmlak sığortasının əhəmiyyətini bir daha xatırladır. Buna baxmayaraq, bir çox vətəndaş hələ də öz mənzilini sığortalamağa maraq göstərmir. Sığorta ödənişlərinə inamsızlıq, sığortanın mahiyyəti barədə kifayə

6 oktyabr
.

Heyvanlara qarşı zorakılıq artır: Cəzaların sərtləşdirilməsi gündəmdə - VƏKİLDƏN AÇIQLAMA

Bakıda hamilə itin çoxmərtəbəli binanın pəncərəsindən aşağı atılaraq öldürülməsi cəmiyyətdə heyvanlara qarşı zorakılıq məsələsini yenidən gündəmə gətirib. Hadisə ilə bağlı şəxsin saxlanılması və inzibati qaydada cəzalandırılması məsuliyyət məsələsini önə çıxarsa da, əsas sual olaraq qalır: heyvanlar

7 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyinin əsas təminatıdır

"Uşaqlar və gənclər hər bir cəmiyyətin gələcəyini müəyyən edən əsas qüvvədir. Sağlam, savadlı, dünyagörüşlü, vətənpərvər və yüksək mənəvi dəyərlərə sahib nəslin yetişdirilməsi dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Çünki ölkənin gələcək inkişafı bu gün yetişən nəslin bili

6 oktyabr