Bakı son sözünü dedi: Ermənilərdən "Araik təhvil verilir" iddiası

Bakı son sözünü dedi: Ermənilərdən "Araik təhvil verilir" iddiasıPolitoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Kişinyovda gözlənilən beştərəfli görüş baş tutdu, amma nəticə əldə edilmədi. Bunun müqabilində payızda İspaniyada bu formatda növbəti görüş təyin olundu. Bu formatdan gözləntiniz necədir?

- Bu görüşlə bağlı əsas ehtimallar o yöndə idi ki, hansısa sənəd imzalanmayacaq. Bu, qeyri-rəsmi görüş idi. Hazırda danışıqlarla bağlı üç format var: Moskva, Brüssel və Vaşinqton. Kişinyov və bundan əvvəl Praqadakı görüşlər sadəcə Fransa prezidentinin bir yolla prosesdə iştirak etmək cəhdləri idi. Kişinyovda isə bu format bir az da genişləndi, Makronla yanaşı, Almaniya Kansleri Olaf Şolz da görüşdə iştirak etdi.

Dediyim kimi, bu, qeyri-rəsmi görüş idi və Azərbaycan bunu etirazla qarşılamadı. Eyni zamanda, bu görüş Praqadakı təmaslardan fərqli olaraq uzun çəkmədi, təxminən bir saat yarım davam etdi. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Şurasının rəhbəri Şarl Mişellə üçlükdə bir araya gəldilər, sonradan Şolz və Makron da görüşə qatıldı.

Kişinyov görüşü indiyə qədər olan müzakirələrin davamı kimi qəbul olundu. Çünki burada da həmin məsələlər müzakirə edildi, bunu da Şarl Mişel açıqladı.

Beştərəfli formatın İspaniyada bir araya gələcəyi ilə bağlı açıqlamaya gəlincə, bir müddət əvvəl Şarl Mişel Tvitterdə bu haqda yazmışdı. Yəni liderlərin Brüsseldəki son görüşündən sonra bildirmişdi ki, Kişinyovda belə bir görüş gözlənilir və bu qeyri-rəsmi formatın bir görüşünün də oktyabrda İspaniyanın Qaranada şəhərində keçirilməsi nəzərdə tutulur.

Mən hesab etmirəm ki, bu, yeni formatdır və bu çərçivədə hansısa qərarlar veriləcək. Ortada bir Brüssel formatı var. Artıq iyulda Brüsseldə növbəti görüşün keçiriləcəyinin anonsu verilib. Ciddi müzakirələr və bu kontekstdə mümkün qərarlar məhz Brüssel formatında nəzərdə tutulur. Ona qədər də xarici işlər nazirlərinin Vaşinqtonda görüşü planlaşdırılır. Bu görüşdə də sülh müqaviləsi üzərində iş davam etdiriləcək.

Kişinyovda da bundan əvvəl Vaşinqton və Brüsseldə müzakirə edilmiş məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti də bundan yararlanaraq mövqeyimizi bir daha Fransa liderinin və prosesdə ilk dəfə iştirak edən Almaniya kanslerinin diqqətinə çatdırdı. Bir sözlə, beşli formatın davamlı olacağı ilə bağlı ehtimalım çox aşağıdır. Rəsmən belə bir format olmayacaq.

- Dediyiniz kimi, xarici işlər nazirləri yaxın günlərdə yenidən Vaşinqtonda görüşəcəklər. Fransanın müdaxilə etməyə çalışdığı Brüssel prosesinə ümidlərin azaldığı vaxtda Vaşinqtondan gözlənti artır. ABŞ sanki tezliklə sülh sazişinin imzalanmasında digər vasitəçilərdən daha istəkliymiş kimi görünür. Siz necə düşünürsünüz?

- Yekun anlaşmaya daha çox cəhd edən formatların başında Vaşinqton gəlir. ABŞ artıq xarici işlər nazirlərinin dördgünlük müzakirələrinə ev sahibliyi də edib, bu da prosesi müəyyən qədər irəli aparıb.

Bundan dərhal sonra Brüssel görüşü keçirildi. Hesab etmirəm ki, Vaşinqton və Brüssel bir-birinin əksinə olan formatlardır. Artıq görünən bir mənzərə var. Sanki prosesi Brüssel və Vaşinqton sinxron şəkildə irəli aparmağa çalışırlar. Beşli formata gəlincə, bu, elə bil, iddiaları olan Fransanı sakitləşdirmək üçündür. Yəni bu mənada Fransaya güzəşt edilir.

Almaniya kanslerinin oradakı iştirakı Fransanın ermənipərəst mövqeyi qarşısında müəyyən bir balans yarada bilər. Əlbəttə, Vaşinqtonda görüşlərin keçirilməsi və ABŞ-ın sülhün əldə edilməsində maraqlı olması diqqətçəkən faktordur. Dediyim kimi, Brüssel və Vaşinqton formatlarının əlaqəli olduğunu düşünürəm.

Görünən budur ki, məsələlər Vaşinqtonda daha detallı şəkildə müzakirə olunur və ümumi qərara gəlinir, beləliklə, razılaşdırılmış məsələlər liderlərə təqdim edilir. Vaşinqtondakı son müzakirələrdə də belə oldu. Yenə də gördüyümüz budur ki, nazirlərin qarşıdakı Vaşinqton görüşündən sonra liderlər Brüsseldə bir araya gələcəklər. Buna görə də, hələlik birini digərindən ayırmayaq.

- Prezident İlham Əliyevin separatçıların Azərbaycana təslim olmaq tələbi günlərdir Ermənistanda müzakirə olunur. Erməni mediasının iddiasına görə, Araik Arutyunyanın rəhbərlik etdiyi separatçı rejim tezliklə buraxıla, özü isə Bakıya təhvil verilə bilər. Bu yöndə hansı gəlişmə ola bilər?

- Düşünürəm ki, bu prosesin sonu Azərbaycan prezidentinin dediyi kimi olacaq və bölgədəki separatçı rejimə son qoyulacaq.

Əgər verilmiş şansdan istifadə etməsələr, onlara aministiyada şamil olunmayacaq. Erməni icmasının nümayəndələri ilə görüş keçirildi, bunun davamının Bakıda olması təklif edildi. Yəni onlara bir şans tanındı ki, reinteqrasiya prosesinə töhfə versinlər. Amma onlar fərqli yol tutdular, Bakının dəvət və təkliflərindən imtina etdilər.

İndi də bu istiqamətdə fəaliyyətlərini aparırlar. Əlbəttə, onlar bu qərarları təkbaşına vermirlər. Hesab edirəm ki, bu qərarlarda Rusiya amilinin ciddi təsirləri var. Rusiya sülhməramlılarının onları həm himayə, həm də müəyyən hərəkətlərə sövq etdiklərini düşünürəm. Amma proses bölgədə Azərbaycanın suverenliyinin tam bərqərar olmasına aparır. Azərbaycan prezidenti də bu bəyanatı təsadüfən verməyib. Çünki proses bu istiqamətdə gedir.

Sadəcə separatçılara növbəti şans tanınır ki, Azərbaycan qanunlarını qəbul etsinlər. Qarşılarında üç variant var.

Birincisi, Azərbaycan qanunlarını qəbul edərək qondarma qurumlarını ləğv etməlidirlər və bölgədəki qanunsuz silahlı birləşmələr tərksilah olunmalı və ərazilərimizdən çıxarılmalıdır.

İkincisi, Azərbaycan ordusu ilə toqquşma yolunu seçəcəklərsə, bunun da nəticələri bəllidir.

Üçüncü variant isə hazırkı durumu davam etdirməklə bağlıdır. Bu da onlara yaxşı heç nə vəd etmir.

İnnən belə də gərginlik, təxribat ən sərt şəkildə cavabını alacaq. Azərbaycan öz ərazilərindən güzəştə getməyəcək və bu yöndəki təxribatlara göz yummayacaq, cinayət törədənlər də öz cəzalarını alacaqlar. Bunun uzun çəkəcəyini düşünmürəm.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1345   Tarix: 03 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb

Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. xəbər verir ki, məlumatı "Haber Global" yayıb. Məlumata görə, sözügedən cinayə

7 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

Tramp: Demokratlar qalib gələrsə, ABŞ iflasla üzləşəcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, Demokratlar Partiyasının qarşıdan gələn seçkilərdə qələbə qazanması halında, ABŞ qaçılmaz iflasla üzləşəcək, çünki Demokratlar bütün ticarət tariflərini dərhal ləğv edəcəklər. xəbər verir ki, Tramp vurğulayıb ki, "Əgər biz respublikaçılar qalib gəlsək, b

7 oktyabr
.

Vens: "İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır"

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. "Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib. "Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədə

7 oktyabr
.

İstanbulda bina çökdü: saxlanılanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala

8 oktyabr
.

Tramp: Dövlət hesabına yayımlanan reklamları siyasi fond ödəyəcək

ABŞ Prezidenti Donald Tramp vergi ödəyicilərinin vəsaiti hesabına yayımlanan və onun siyasətini təbliğ edən televiziya reklamları ilə bağlı qərarını dəyişib. xəbər verir ki, Trampın sosial media hesabında yazdığına görə, bundan sonra bu cür reklamların xərclərini onun siyasi Siyasi Fəaliyyət Komitəs

6 oktyabr
.

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir. Yeni sanksiyalar Rusiya maliyyə sektoruna, eləcə də "kölgə donanması" ilə əlaqəli şirkət və 12 gəmiyə qarşı yönəlib. Sanksiy

8 oktyabr
.

Ərdoğan "CHP-nin qalası"nı içəridən fəth etdi - Foto

Ədalət və İnkişaf Partiyasının Konqres Mərkəzində yeni qanunvericilik ili iclası baş tutub. Tədbirdə şəxsən iştirak edən İzmir bələdiyyə sədri, CHP-li (Cümhuriyyət Xalq Partiyası) Cemil Tuqay Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra rəsmi şəkildə onun partiyasına daxil olub. xəbər verir ki

7 oktyabr
.

Politico: "AB böyük itkilərlə nəticələnə biləcək hibrid hücuma hazırlaşır"

Politico-nun Brüsseldən hazırladığı analitik yazıda bildirilir ki, Avropa Birliyinin 27 ölkəsinin diplomatları son həftələrdə çoxsaylı insan itkisinə səbəb ola biləcək böyük hibrid hücum ssenarisinə hazırlıq məsələsini müzakirə edirlər. Politico-ya istinadən xəbər verir ki, söhbət yalnız kiberhücumda

7 oktyabr