Paşinyanın şok planı: "Rus bazaları çıxarılır, İranla sərhəddə..." - Bozoyan
"Azərbaycan və Ermənistan liderləri arasında Kişinyovda keçirilən görüş (beştərəfli) 2022-ci ilin oktyabrında Praqada başlayan böyük prosesin tərkib hissəsidir".
Bunu erməni politoloq Yervand Bozoyan deyib.
"Paşinyan ötən ilin oktyabrın 6-dan həllə bağlı Qərb platformasını seçdi. Orada ondan Qarabağın Azərbaycanın tərkibində qalmasını qəbul etməyi və bunun əsasında Azərbaycanla sülh müqaviləsini imzalamağı tələb etdilər. Paşinyan bununla razılaşıb. Azərbaycan prezidenti 10 noyabr anlaşmasına yenidən baxıldığını bildirdi, çünki Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıyıb", - ekspert bildirib.
Bozoyan iddia edir ki, Rusiya Prezidenti Vladimir Putin 10 noyabr anlaşmasını bərpa etməyə çalışsa da, buna nail ola bilmir. O, artıq Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra durumun dəyişdiyini söyləyib. Bozoyan "Laçın dəhlizi"nin Azərbaycanın nəzarətinə keçməsinin isə prosesdə geridönməz vəziyyət yaratdığını diqqətə çatdırıb.
"Əgər Ermənistan başçısı faktiki olaraq Qarabağın Azərbaycanın tərkibində qalmasına razılaşırsa, ruslar ermənilərdən daha çox erməni ola bilməz. Artıq rusların formal olaraq vasitəçi olduğu bəllidir", - ekspert qeyd edib.
Bozoyanın fikrincə, Qarabağın Azərbaycanın tərkibində qalacağı rəsmən təsdiqlənərsə, orada yaşayan ermənilərin böyük əksəriyyəti Qarabağda qalmayacaq.
"Yeri gəlmişkən, Qərb Paşinyandan təkcə Qarabağı təhvil verməyi yox, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarıb Türkiyə və Azərbaycanın təsir dairəsinə salmağı tələb edir. İkinci tələb regionda Azərbaycan-Türkiyə faktorunu gücləndirmək məqsədi daşıyır ki, Qərb İran və Rusiyanın təsirinə ciddi müqavimət göstərə bilsin. Bu durumda Paşinyan Ermənistanın varlığına zəmanəti Türkiyə və Azərbaycandan almaq istəyir. "Ermənistanın kadastr sənədi yoxdur" deyəndə, məhz bunu nəzərdə tutur", - Bozoyan əlavə edib.
Ekspert onu da qeyd edib ki, Ermənistanda Rusiya və İranın təsirini aradan qaldırdıqdan sonra ikinci mərhələdə bunu həll etməyə çalışacaqlar: "İndi elə bir mərhələdəyik ki, Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalamalı, buna Qərb və Türkiyə zəmanət verməlidir".
Bozoyan bildirib ki, Paşinyan Bakı və Ankaradan zəmanət ala bilsə, Rusiya öz hərbi bazalarını Ermənistandan çıxarmalı olacaq. İddiasında bir az da irəli gedən erməni politoloq qeyd edib ki, rusların çıxmasından sonra Türkiyə ordusu Ermənistan ərazisində yerləşəcək və İranla sərhədi (Zəngəzuru) tam nəzarətə götürəcək.
Teleqraf.com
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2802 Tarix: 03 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəhşətli zəlzələdə ölənlərin sayı artır - Yenilənib - Video
Kolumbiyanın Çoko departamentində baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində 13 nəfər həlak olub. "Qafqazinfo" "El Espectador" nəşrinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Yeraltı təkanların episentri San-Xose-del-Palmar bələdiyyəsind
11 avqustİstanbulda azərbaycanlı qadın evində ölü tapıldı - Foto
İstanbulda Lətifə İbadova adlı azərbaycanlı qadın yaşadığı evdə ölü tapılıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən aşkarlanan 57 yaşlı qadının meyiti üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Bununla belə, evdəki masanın üzərində narkotik vasitənin tapıldığ
10 avqustTesla ABŞ-da 20 mindən çox avtomobili geri çağıracaq
Amerika avtomobil istehsalçısı Tesla, ABŞ-da həddindən artıq parlaq yaxın işıq faralarına görə 20.349 avtomobili geri çağırır. xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyas məlumat verib. Geri çağırış bəzi Tesla Model 3 və Model Y avtomobillərinə təsir göstərir. Artan farala
11 avqustYnet: "İsrail Hizbullahın pul damarlarını kəsir - "səssiz müharibə" güclənir
İsrail və ABŞ son aylarda Hizbullahın yalnız hərbi imkanlarına deyil, təşkilatın maliyyə sisteminə də zərbə vurmağa çalışır. Bank filiallarına, valyutadəyişmə məntəqələrinə və gəlir gətirən obyektlərə qarşı həyata keçirilən tədbirlər, Livan hökumətinin maliyyə sisteminə nəzarəti sərtləşdirməsi və İranda
10 avqustÇində tayfun təhlükəsi ilə 420 mindən çox insan təxliyə edilib
Çinin şərq bölgələrində güclü "Delfin" tayfununun yaxınlaşması ilə əlaqədar 420 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, Çjetszyan əyalətinin Tayçjou şəhərində 390 mindən çox sakin müvəqqəti olara
9 avqustVens: İran Hörmüzdən keçid üçün ABŞ-dən ödəniş almağı planlaşdırmır
İran hökuməti ABŞ-yə Hörmüz boğazı üçün ödəniş müəyyən etməyi planlaşdırmır. "Report" xəbər verir ki, bu barədə Amerikanın Vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalının efirində bəyan edib. Onun sözlərinə görə, Vaşinqtonla Tehran arasında danışıqlar davam edir. "İra
9 avqustPrezident ordunu ayağa qaldırdı - Fövqəladə vəziyyət elan olundu
Kolumbiyada baş verən dəhşətli zəlzələdən sonra ölkə miqyasında milli fəlakət vəziyyəti elan edilib. "Qafqazinfo" "Caracol" televiziya kanalına istinadən xəbər verir ki, bu barədə qərar dövlət rəhbərliyi tərəfindən qəbul olunub. Prezident Abelardo de la Espriella keçirilən təcil
11 avqustİki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr
Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni
11 avqust