Medvedev Rusiyada rejim dəyişikliyindən danışdı: "Diskursu dəyişməyə çalışanlar vətən xaini hesab olunacaqlar"

Medvedev Rusiyada rejim dəyişikliyindən danışdı: "Diskursu dəyişməyə çalışanlar vətən xaini hesab olunacaqlar""Avropadakı mühacirlər şirin xəyallara qapılırlar ki, Rusiyada rejim süqut edərsə, ölkə yaxşı yaşayacaq".

Bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. Medvedev ölkədə indiki vəziyyət və gələcək perspektivlər, bir sıra çevrələrdə ölkədəki rejimin dəyişdirilməsi ilə bağlı gedən müzakirələr barədə fikrini bildirib.

O, bununla bağlı "Telegram" hesabında paylaşım edib.

Eks-prezident Dmitri Medvedevin fikrincə, Rusiyada rejim dəyişikliyi ilə bağlı müzakirələr sırf mühacirətdə olan həmvətənlər tərəfindən aparılır.

"Şirin xəyallara qapılırlar ki, Rusiyada rejim süqut edərsə, ölkəmiz necə yaxşı yaşayar", - deyə o qeyd edib.
O əmin olduğunu bildirib ki, bu qəbildən "arzular" heç vaxt reallığa çevrilməyəcək.

"2022-ci il fevralın 24-dən sonra ortaya çıxmış diskursu dəyişməyə çalışan istənilən siyasətçi qaçılmaz olaraq satqın, vətən xaini hesab olunacaq", - deyə o vurğulayıb.

"Onlar bu müharibədə canlarını fəda etmiş vətəndaşlarımızın xatirəsinə xəyanət edən şəxs kimi xarakterizə olunacaqlar", - deyə Medvedev əlavə edib.

Onun fikrincə, bir əsr əvvəlki əksər mühacirlər kimi, yeni dövrün mühacirləri də Rusiyaya qayıda bilməyəcəklər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 900   Tarix: 03 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb

Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. xəbər verir ki, məlumatı "Haber Global" yayıb. Məlumata görə, sözügedən cinayə

7 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

Tramp: Demokratlar qalib gələrsə, ABŞ iflasla üzləşəcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, Demokratlar Partiyasının qarşıdan gələn seçkilərdə qələbə qazanması halında, ABŞ qaçılmaz iflasla üzləşəcək, çünki Demokratlar bütün ticarət tariflərini dərhal ləğv edəcəklər. xəbər verir ki, Tramp vurğulayıb ki, "Əgər biz respublikaçılar qalib gəlsək, b

7 oktyabr
.

Vens: "İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır"

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. "Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib. "Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədə

7 oktyabr
.

İstanbulda bina çökdü: saxlanılanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala

8 oktyabr
.

Tramp: Dövlət hesabına yayımlanan reklamları siyasi fond ödəyəcək

ABŞ Prezidenti Donald Tramp vergi ödəyicilərinin vəsaiti hesabına yayımlanan və onun siyasətini təbliğ edən televiziya reklamları ilə bağlı qərarını dəyişib. xəbər verir ki, Trampın sosial media hesabında yazdığına görə, bundan sonra bu cür reklamların xərclərini onun siyasi Siyasi Fəaliyyət Komitəs

6 oktyabr
.

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir. Yeni sanksiyalar Rusiya maliyyə sektoruna, eləcə də "kölgə donanması" ilə əlaqəli şirkət və 12 gəmiyə qarşı yönəlib. Sanksiy

8 oktyabr
.

Ərdoğan "CHP-nin qalası"nı içəridən fəth etdi - Foto

Ədalət və İnkişaf Partiyasının Konqres Mərkəzində yeni qanunvericilik ili iclası baş tutub. Tədbirdə şəxsən iştirak edən İzmir bələdiyyə sədri, CHP-li (Cümhuriyyət Xalq Partiyası) Cemil Tuqay Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra rəsmi şəkildə onun partiyasına daxil olub. xəbər verir ki

7 oktyabr
.

Politico: "AB böyük itkilərlə nəticələnə biləcək hibrid hücuma hazırlaşır"

Politico-nun Brüsseldən hazırladığı analitik yazıda bildirilir ki, Avropa Birliyinin 27 ölkəsinin diplomatları son həftələrdə çoxsaylı insan itkisinə səbəb ola biləcək böyük hibrid hücum ssenarisinə hazırlıq məsələsini müzakirə edirlər. Politico-ya istinadən xəbər verir ki, söhbət yalnız kiberhücumda

7 oktyabr