Türkiyənin Azərbaycanda maraq doğuran yeni nazirləri...

Türkiyənin Azərbaycanda maraq doğuran yeni nazirləri...Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-ü ölkənin Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Yeni hökumətdə əksər nazirlər yeniləri ilə əvəzlənib.

"Qafqazinfo"nun məlumatına görə, Azərbaycanda fəaliyyəti yaxından izlənilən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və daxili işlər naziri Süleyman Soylunun yeni hökumətdəki sələflərinin kim olduğu hazırda bir çoxlarını maraqlandırır.

Məlumdur ki, Mövlud Çavuşoğlunu Milli Kəşfiyyat Təşkilatının keçmiş rəhbəri Hakan Fidan, Hulusi Akarı ordu generalı Yaşar Gülər, Süleyman Soylunu isə Ali Yerlikaya əvəz edəcək. Yeni nazirlərin həyatı və daha əvvəl hansı sahələrdə çalışması hazırda həm Türkiyə, həm də Azərbaycanda maraq doğuran mövzulardan biridir.

İlk olaraq qeyd etmək lazımdır ki, 1968-ci ildə Ankarada dünyaya gələn Hakan Fidan Quru Qoşunlarının Hərbi Məktəbinin və Quru Qoşunlarının Dil Məktəbinin məzunudur. O, 1986-2001-ci illərdə Türkiyə Silahlı Qüvvələrində kiçik zabit olaraq xidmət edib. Könüllü şəkildə ordudan ayrılan Fidan ABŞ-də "Maryland University College"də İdarəetmə və siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. Bununla yanaşı, Vyana, Cenevrə və Londonda da akademik fəaliyyətlərini davam etdirib. Eyni zamanda, Almaniyada NATO-nun Çevik Müdaxilə Korpusunun Baş Qərargahında da çalışıb. 2010-cu ildə MİT-nin müşaviri vəzifəsinə gətirilən Fidan Türkiyədə bu vəzifəni tutan ən gənc şəxs olub. Nuran Fidanla evli olan yeni nazir 3 uşaq atasıdır.

Türkiyənin Azərbaycanda maraq doğuran yeni nazirləri...Yaşar Gülərə gəldikdə isə, Ardahanda dünyaya gələn 69 yaşlı ordu generalı 1971-ci ildə Kuleli hərbi məktəbini bitirib. 1975-ci ildə isə Hərbi Məktəb və Təlim Mərkəzindən məzun olan Gülər 1986-cı ildə hərbi akademiyanı bitirərək qərargah zabiti olub. 2001-ci ildə briqada generalı rütbəsinə yüksələn Gülər, 2009-cu ildə general-leytenant olub. 2018-ci ildə isə Baş Qərargah rəisi təyin edilib. Evlidir və 1 övladı var.

Türkiyənin Azərbaycanda maraq doğuran yeni nazirləri...DİN rəhbəri təyin olunan Ali Yerlikaya bu posta qədər müxtəlif vəzifələrdə çalışıb. 1968-ci ildə Konyada dünyaya gələn Yerlikaya təhsilini də bu şəhərdə alıb. 1989-cu ildə İstanbul Universitetinin Siyasi elmlər fakültəsinin "Dövlət İdarəçiliyi" fakültəsindən məzun olub. O, müxtəlif illərdə Şırnak, Ağrı, Tekirdağ və Qaziantep valisi olaraq fəaliyyət göstərib. Hatice Nurla evli olan Yerlikayanın 4 övladı var.

Türkiyənin Azərbaycanda maraq doğuran yeni nazirləri...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1386   Tarix: 05 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021