Bulvarda yeni attraksionlar quraşdırılacaq
Dərs ilinin başa çatmasına sayılı günlər qalıb. Məktəblilər yay tətilinə buraxılırlar. Yay tətilində uşaqların ən çox üz tutduğu məkanlardan biri isə Dənizkənarı Bulvar, buradakı attraksionlardır.
Lakin bir müddətdir ki, bulvar ərazisində bəzi attraksionların fəaliyyəti dayandırılıb, bir neçə attraksion sökülüb.
Məsələ ilə bağlı "Trend"ə açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva bildirib ki, bulvar ərazisindən yığışdırılan attraksionlar köhnəlmişdi, müasir tələblərə cavab vermirdi.
"Köhnəlmiş attraksionların yığışdırılması həm də insanların təhlükəsizliyi baxımından vacib idi. Onlar yeni nəsil attraksionlarla əvəzlənəcək. Artıq yeniləri sifariş olunub. İlkin mərhələdə onların bir neçəsini ilin sonuna qədər bulvarda görmək mümkün olacaq", - deyə Ə.Mehdiyeva bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1226 Tarix: 05 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabrDövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar
19 sentyabrAzərbaycan beton istehsalını avqustda 30 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrAzərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,
19 sentyabr