Bakıda istirahət mərkəzindən vətəndaşın avtomobilini oğurlayan şəxs saxlanıldı
Mayın 29-da Bakıda Sabunçu rayonunda yerləşən Bilgəh qəsəbəsindəki "Şəbəkə" istirahət mərkəzində vətəndaşın avtomobilini oğurlayan şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev bildirib.
Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən Cavid Ağayev polis əməkdaşları tərəfindən tutulub:
"Onun barəsində Cinayət Məcəlləsinin (CM) 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) ilə cinayət işi açılıb. Araşdırma zamanı məlum olub ki, C.Ağayev daha əvvəl də CM-nin 177-ci maddəsi (Oğurluq) ilə məhkum olunub. Faktla bağlı araşdırmalar davam etdirilir".
Xatırladaq ki, zərərçəkmiş şəxslərdən biri Emin Qasımov ötən həftə Bilgəhdə yerləşən "Şəbəkə" istirahət mərkəzində olan zaman avtomobilinin obyektin işçiləri tərəfindən oğurlandığını bildirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1141 Tarix: 06 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məzahir Pənahov yenidən MSK sədri seçildi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda MSK-nın sədri, müavini və katibləri seçilib. Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib. Qeyd edək ki, 75 yaşlı Məzahir Pənahov 26 ildir (200-ci ildən) Komissiyaya rəhbərli
27 aprelBakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq
Bakıda aprelin 28-də hava yağmursuz olacaq, rayonlarda isə qısamüddətli yağıntılar gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qər
27 aprelHava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı: Sabahdan...
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 27-si gündüzdən 28-i gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı
26 aprelBuraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?
Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq. APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyev
27 aprelAilə daxilində tez-tez yaranan münaqişələr nədən qaynaqlanır? - AÇIQLAMA
Ailə daxilində tez-tez yaranan münaqişələr cəmiyyətin ən həssas və aktual problemlərindən biri hesab olunur. İlk baxışda bu qarşıdurmalar məişət qayğıları, maddi sıxıntılar və ya gündəlik anlaşılmazlıqlar kimi görünsə də, mütəxəssislər bildirirlər ki, məsələnin kökündə daha dərin psixoloji səbəblər dayanır
27 aprelBakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlı
26 aprelAzərbaycan toylarında BU QAYDA DƏYİŞİB
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib. Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi muğam ifaçılarının da buna şərait yaratdığını bildirib:. "Artıq neçə toydur "Vağzalı" ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarını
26 aprel