Azərbaycanda sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsinə dair layihə təsdiqlənib
Azərbaycanda sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsinə dair layihə təsdiqlənib.
Sonxeber.az xəbər verir ki, bununla bağlı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Amma bu, sənəddə sahibkarlığın hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı yeganə məqam deyil. Belə ki, layihədə "Risklərin idarə olunması" anlayışı, onun strukturu, eləcə də struktura daxil olan komponentlərin anlayışları verilir. Bu cür yanaşma risklərin idarə olunmasına aydınlıq, ardıcıllıq və şəffaflıq gətirəcək. Bu isə öz növbəsində, risklərin idarə olunması ilə bağlı proseslərdə müəyyənliyin və sahibkar üçün əlçatanlığın artmasına səbəb olacaq.
Bundan başqa, layihədə ilk də yoxlama prosedurunun iştirakçılarının hüquq və vəzifələri, yoxlayıcı qurumun etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması və fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəalar öz əksini tapıb. Həmin müddəalar yoxlayıcı orqanlara dair tələblər müəyyən edir ki, bu da son nəticədə onların məsuliyyətini artırmaqla yoxlama prosesinin şəffaflığının yüksəlməsinə xidmət edəcək.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qüvvədə olan qanuna əsasən, dövlət orqanı ilə yanaşı publik hüquqi şəxslər də yoxlayıcı orqan hesab olunur. Hal-hazırda, publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənmir. Yeni qanun layihəsi həmin yoxlayıcı qurumların müvafiq əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi məsələsində hüquqi boşluğu aradan qaldırır. Bu isə öz növbəsində, yoxlayıcı orqan səlahiyyəti verilmiş publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə nəzarəti təmin etməklə, onların məsuliyyətini artırır.
Layihənin bir maddəsi ilə təlim planlarına dair müfəssəl müddəalar əlavə edilir. Eyni zamanda, layihənin digər maddəsi ilə illik planların məzmunu və hazırlanma (yerləşdirmə) müddətləri göstərilir. Hər iki maddə yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına gətirib çıxara bilər.
Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"