"Məni sevib qalsaydın"
Ölkənin ilk uşaq kanalı "ARB Günəş" yeni layihəyə imza atıb. Layihə Azərbaycan-Özbəkistan dostluğuna həsr olunub.
"Məni sevib qalsaydın" adlı mahnının ifaçıları Azərbaycan və Özbəkistan Respubliklarının xalq artisti Gülyanaq Məmmədova və qardaş ölkənin mədəniyyət və turizm naziri, xalq artisti Ozodbek Nazarbekovdur.
Qeyd edək ki, bu hər iki ölkənin xalq artisti, sevilən sənətçi Gülyanaq Məmmədovanın özbək dilində ifasının lentə alındığı ilk ekran işidir. Layihə Özbəkistan Respublikasındakı Səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilib.
Mahnının sözlərinin müəllifi Botir Erqaşev, bəstəkarı Musahon Nurmatovdur. Rolları istedadlı və gənc aktrisalar Günəş Tegin, Könül Cəfərzadə və özbək aktyor Farrux Yusupov canlandırıb. Klipin quruluşçu rejissoru Vüsal Məmmədov, baş prodüseri "Oscar Film Production"un rəhbəri və ölkənin ilk milli videoplatforması olan "Metaflix"in qurucusu Yaşar Əhmədov, layihənin rəhbəri, ideya və ssenari müəllifi "ARB Günəş" televiziyasının direktoru Məhsim Məhsimovdur.
Çəkilişlər Bakı ilə yanaşı Daşkənd şəhərinin bir sıra tarixi məkanlarında,o cümlədən Özbəkistan Dövlət Konservatoriyasında, məşhur Çorsu bazarında, Müstəqillik meydanında həyata keçirilib.
Qeyd edək ki, klipin məhz "Heydər Əliyev ili"ndə ərsəyə gəlməsi heç də təsadüfi deyil. Bildiyiniz kimi Ümummilli Lider Heydər Əliyevin hər iki ölkə arasında dostluq, qardaşlıq, ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsindəki rolu əvəzolunmazdır. Ulu Öndər hər zaman Azərbaycan-Özbəkistan qardaşlığına xüsusi önəm verib. Məhz bu səbəbdən qardaş ölkədə də O hər zaman böyük sevgi və ehtiramla anılır. Məhz bu sevginin təzahürüdür ki, Daşkəndə Heydər Əliyevin adını daşıyan küçə və onun memorial kompleksinin ucaldığı geniş meydan mövcuddur.
Layihənin xalqlarımız arasındakı qardaşlığa bir töhvə olacağına inanırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1292 Tarix: 09 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabr