"ƏN TEZ" xidməti DOST Mərkəzində istifadəyə verilib

"ƏN TEZ" xidməti DOST Mərkəzində istifadəyə verilib"ƏN TEZ" xidməti DOST Mərkəzində istifadəyə verilib
Ədliyyə Nazirliyi tərəfindən yaradılan yeni e-xidmət - Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng ("ƏN TEZ") xidməti ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzində istifadəyə verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xidmətin Mərkəzdə işə salınması ilə əlaqədar keçirilən tədbirdə Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sosial Tədqiqatlar Mərkəzinin, Azərbaycan Notarial Palatasının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərinin 154 növ sosial xidmətin bir "pəncərə"dən şəffaf və operativ şəkildə göstərilməsinə imkan verdiyini vurğulayıb. O, DOST konsepsiyasının üstünlüklərini qeyd edib. DOST mərkəzində tətbiqinə başlanan "ƏN TEZ" xidmətinin vətəndaş məmnunluğunun təminatına yönələn uğurlu bir addım olduğu vurğulanıb.

Ədliyyə nazirinin müavini Eldar Nuriyev ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə sistemində aparılan islahatları, ədliyyə xidmətlərinin rəqəmsal platformalarda və vahid məkandan, şəffaf təşkili, bu xidmətlərə əlçatanlığın artırılması üçün görülən işləri diqqətə çatdırıb.

O bildirib ki, "ƏN TEZ" xidməti vətəndaşlara ədliyyə və məhkəmə orqanlarına videozəng vasitəsi ilə operatora müraciət etməklə lazımi xidmətlərdən ən sürətli şəkildə faydalanmaq imkanı verir. Ölkədə inklüziv cəmiyyətin inkişafı prioritetinə əsaslanaraq "ƏN TEZ" xidmətinin əhalinin daha həssas təbəqələrinə təqdim edilməsi məqsədilə ilk məkan kimi DOST mərkəzləri seçilib.

"ƏN TEZ" vasitəsilə vətəndaşlar notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, ailə məsələləri üzrə məhkəməyə müraciət, habelə tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası xidmətlərindən bəhrələnə biləcəklər. Smart konsepsiya əsasında fəaliyyət göstərən "ƏN TEZ" xidmət sistemi biometrik eyniləşdirmə imkanına malik olduğundan müraciət edən şəxsin hər hansı bir portalda qeydiyyatı və ya elektron imza sahibi olması tələb edilməyəcək.

Yeni xidmətin ölkəmizin bölgələrində yaşayan, o cümlədən azad edilmiş doğma torpaqlara qayıdan sakinlərin ədliyyə xidmətlərinə əlçatanlığının artırılması üçün də əlverişli və rahat imkanlar yaratdığı vurğulanıb.

Tədbirdə "ƏN TEZ" xidmətinin istifadəyə verildiyi elan olunub və ilk zəngi cavablandırmaq ucun ekrana qoşulan operator xidmətlər haqqında qısa məlumat verib. Tədbir iştirakçılarına "ƏN TEZ" xidmət məkanının əhatə etdiyi xidmətlərə dair videoreportaj təqdim edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1430   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr