Xəzərin suyunda kəskin azalma: Bu təbii prosesdir, yoxsa...

Xəzərin suyunda kəskin azalma: Bu təbii prosesdir, yoxsa...Xəzər dənizinin dayazlaşması ilə əlaqədar Qazaxıstanın Aktau şəhərində fövqəladə vəziyyət elan edilib.

Bu barədə Aktau akimliyindən (qubernatorluğu) bildirilib. Qeyd olunub ki, bu qərar mümkün fövqəladə vəziyyətin qarşısını almaq üçün qəbul edilib. Xəzər dənizində geri çəkilmə təkcə iqtisadi ziyanlar gətirmir, həm də ekosistemə ciddi təhdidlər yaradır.

Bəs, bu təhdidlərin qarşısını necə almaq olar?

Mövzu ilə bağlı Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmlər doktoru Əmir Əliyevlə həmsöhət olduq.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Xəzər dənizi canlı orqanizmdir:

"Ona görə də dənizin səviyyəsi zaman-zaman qalxır və enir. Elmi təcrübə göstərir ki, hər 200 ildən bir Xəzər dənizinin səviyyəsi qalxır və növbəti 200 ildə enir. Xəzərin sonuncu ən hündür səviyyəsi 1830-cu illərdə olub. Bundan sonra enmələr başlayıb. Enmə prosesi 2050-ci ilə qədər davam edəcək.

Ondan sonra dəniz suyunun qabarma dövrü başlayacaq. 1978-ci ildən 1995-ci ilə qədər Xəzər dənizində müəyyən qabarmalar oldu. Bu hesaba da Azərbaycan iqtisadiyyatına təxminən 2 milyard ABŞ dolları dəyərində ziyan dəydi.

Xəzər dənizinin okeanla əlaqəsi olmasa da o özü-özünü tənzimləyir. İndiki geri çəkilmə də təbii prosesdir. Və bu hal bir müddət davam edəcək. Son dövrlər Xəzərə düşən yağıntıların miqdarı azalıb. Eyni zamanda Volqa və Ural çaylarında sululuq son dövrlər 30 faiz azalıb.
Nəzərə almaq lazımdır ki, Xəzərə axıdılan suların 90 faizi bu çayların payına düşür. Bu çayların üzərindəki siklonların və antisiklonların olması çaylardakı sululuğa ciddi şəkildə təsir edir. Lakin, dəniz suyunun azalması kritik həddə çatmayacaq. Çünki, Xəzər canlı bir orqandır və özü-özünü tənzimləyir".

Şöbə müdiri dəniz səviyyəsinin aşağı düşməsinin ciddi fəsadlarından da danışıb:

"Xəzərdə suyun səviyyəsinin aşağı düşməsinin bir sıra ciddi ziyanları var. Ən əsası ekosistem böyük ziyan görür. Bioloji resurslar azalır. Xüsusən də, dənizdəki canlılar ciddi itki ilə üz-üzə qalır. Çünki, dəniz geri çəkildikcə balıqların çayların deltalarına çıxması və burada kürü tökməsi çətinləşir.

İkincisi, bu vəziyyət gəmiçiliyə ciddi problem yaradır. Bildiyiniz kimi böyük gəmilər limanlara balaca kanallar vasitəsi ilə yaxınlaşır. Dəniz geri çəkildikcə həmin kanallar dolur və gəmilər limanlara yaxınlaşa bilmir.

Bunun kənd təsərrüfatına da da ciddi ziyanı var. Dəniz sahilindəki ərazilər sürətlə şoranlaşır. Ən çox ziyan görən sahələrdən biri də turizm sektorudur. Çünki, dəniz səviyyəsi geri çəkildikcə sahildəki turizm obyektləri sudan daha çox uzaqda qalır. Bu da turistlərin sahil ərazilərdəki obyektlərə marağını azaldır".

Ənvər Əliyev problemdən çıxış yolundan da danışıb:

"Xəzərin bu şıltaqlığına adaptasiya olmaq lazımdır. Geri çəkilmənin qarşısını almağa yetəcək heç bir qüvvə yoxdur.Yaxşı olardı ki, Xəzəryanı dövlətlər bir araya gəlsin, Birgə Mərkəz yaratsınlar. Birgə monitorinqlər aparılsın. Yalnız 5 dövlətin birgə fəaliyyəti nəticəsində Xəzərdə baş verən proseslərə nəzarət etmək olar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1679   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr