ÜRƏYİNİZİ KÖNÜL RAHATLIĞI İLƏ PEŞƏKAR KARDİOLOQ VƏFA HƏSƏNOVAYA ƏMANƏT EDİN

ÜRƏYİNİZİ KÖNÜL RAHATLIĞI İLƏ PEŞƏKAR KARDİOLOQ VƏFA HƏSƏNOVAYA ƏMANƏT EDİNÜrək döyüntülərimiz bizə sübut edir ki, biz yaşayırıq, məcazi mənada desək, ürəyimizin ritmi bizim həyat melodiyamızdır. Qəlbimiz döyündüyü müddətcə biz varıq, bu səbəblə də ürəyimizi qorumaq bizim üçün çox vacib olmalıdır. Orqanizmanın ən mürəkkəb orqanını qorumaq əslində elə də çətin məsələ deyil. Bunun üçün bir neçə qızıl qayda var ki, onlara riayət eləmək lazımdır: düzgün qidalanma, aktiv həyat tərzi, tütün və alkoqoldan uzaq durmaq, stressdən qaçmaq. Amma bunlarla yanaşı ən önəmli amil vaxtı-vaxtında yoxlanışlara getmək, həkim qəbulunda olmaqdır. Çünki ürək-damar xəstəliklərinin vaxtında müəyyən olunması ömrü uzadır. Sizə qalan savadlı, peşəkar həkim tapmaqdır. Məqaləmizin qəhrəmanı da həmin siyahıda ön sırada yer alan həkimlərdən biridir. Həkim-kardioloq Vəfa Həsənova Tofiq qızı sizin axtardığınız həkimdir. Kimya-Biologiya təmayüllü liseydə orta təhsilini bitirdikdən sonra 630 balla 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika II fakultəsinə qəbul olmuşdur. Təhsil Alan Vəfa xanım, 6 illik tibb təhsili və üstəgəl 1 illik internaturanın ardından kardiologiya ixtisasını seçir. Fəaliyyətinə özəl sektorda başlamış, bununla belə özünü təkmilləşdirmək üçün də daim hərəkətdə olmuşdur. Vəfa həkim 2016-cı ildə Ankara şəhərində Hacettepe Universitetində kardiologiya üzrə 7 aylıq ixtisasartırmada olur. Geri döndükdən sonra o, fəaliyyətinə Zərifə Əliyeva adına Göz İnstitutunda kardioloq olaraq davam edir. Buradakı 2 illik fəaliyyətindən sonra Vəfa həkim Neftçilər xəstəxanasına keçmək qərarı alır. O istəyir ki, ona müraciət edən xəstə sayı daha çox olsun, daha çox insana kömək edə bilsin, bir-birindən fərqli halları müşahidə etmək imkanı yaransın. Bunun səbəbi Vəfa xanmın hər zaman ən çətin olanı seçməsidir, kardiologiyanı seçmək də buna nümunədir. O, kardioloq olmaqdan nəinki bir an olsun peşmanlıq duyur, əksinə bu qərarı ilə hər zaman fəxr etmişdir. Vəfa xanımın həkimliyə olan böyük sevgisi anasından ötürülmüşdür ona. Vəfa xanımın anası baş həkim vəzifəsində fəaliyyət göstərir. Gözəl həkimimiz də hər zaman anasını özünə ideal olaraq götürmüşdür, onun kimi savadlı, anlayışlı bir həkim olmaq üçün çalışmışdır. Çünki həkimin tək savadlı olması ilə iş bitmir. Həkim həm də qayğıkeş, vicdanlı olmalıdır. Xəstə ilə psixoloji söhbət aparmağı bacarmalı, içində olduğu situasiyanı ona yüngülləşdirərək izah etməyi bacarmalı, onun ruhdan düşməsinə yol verməməlidir.
Artıq 2020-ci ildən bu yana Mediland Hospitalda fəaliyyət göstərən Vəfa həkim Exo KQ, EKQ, Stress test, Sutkalıq holter müayinə üsulları ilə istənilən növ ürək xəstəliklərinin müayinə və müalicəsi ilə məşğul olur. Vəfa həkim həm də Azərbaycan, Türkiyə və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür. Bu vəsilə ilə o bir çox layihədə yaxından iştirak edir. Bu onun üçün çox önəmli prosessdir. Vəfa xanım peşəsində hələ də qət etməli olduğu yolu olduğunu düşünür. Bunlardan biri də onun bütün yeniliklərlə yaxından tanışlığı, Ürək KT, MRT kimi sahələrdə ixtisaslaşmağı düşünür. Bütün bunlar ondan həm vaxt, həm də zəhmət tələb etsə də, Vəfa xanımın gözünü qorxutmur bütün bunlar. Çünki o sevdiyi peşənin icraçısı, ona müraciət edən xəstələrin qəhrəmanıdır. İllər keçəcək və Vəfa həkim ixtisasında elə yerlərə gələcək ki, bu onun xəyallarından, məqsədlərindən də daha yuxarıda, daha ali bir mövqe olacaq. Bizim məqaləmiz isə onun şərəfli peşə yolunun bir göstəricisi olaraq qalacaq.

ÜRƏYİNİZİ KÖNÜL RAHATLIĞI İLƏ PEŞƏKAR KARDİOLOQ VƏFA HƏSƏNOVAYA ƏMANƏT EDİN


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1260   Tarix: 14 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021