Bakı metrosunda bu tarixdən DƏYİŞİKLİK OLACAQ
Aparılmış monitorinqlər əsasında sərnişin sayının azalması, o cümlədən tədris mövsümünün, başa çatması, habelə yay istirahəti dövrünün başlanması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.
BAKU.WS "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, yeni tədris mövsümünün əvvəlinə qədər qüvvədə qalacaq qrafikə uyğun, sərnişinlərin əsas axın saatlarında – hər iş günü saat 07:00-dan saat 21:00-a qədər "Həzi Aslanov-28 May" sahəsində və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə təşkil edəcək. Sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.
Qırmızı və Yaşıl xətlərin "28 May" stansiyasında birləşməsini nəzərə alaraq, "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək.
Şənbə və bazar, eləcə də bayram günlərində qatarlar arasında interval saat 07:00-dan 21:00-a qədər 3 dəqiqə olmaqla tənzimlənəcək.
Bununla belə, sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər bütün amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.
Bənövşəyi xətdə və "Xətai-Cəfər Cabbarlı" mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik tətbiq olunmayacaq.
Xətlərin "28 May" stansiyasında birləşməsi və elektrik deposunun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər "Həzi Aslanov-Ulduz" sahəsində bəzən iki qatarın "Dərnəgül" və yaxud "İçərişəhər" istiqamətində hərəkətini müşahidə edir və bir qədər böyük intervalla rastlaşırlar. Bu, qatarların texniki qulluq məqsədilə "Nərimanov" stansiyasından elektrik deposuna yola salınması və həmçinin "Bakmil" stansiyasından xəttə daxil olması ilə əlaqədardır.
Sərnişinlərin marağı nəzərə alınaraq, "Bakmil" stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli "Bakı Metropoliteni" QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1547 Tarix: 14 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021