"Ulu öndər Heydər Əliyev dövlətimizin müstəqilliyini qoruyaraq, ölkəmizdə tüğyan edən böhranı aradan qaldırdı" - DEPUTAT

"Ulu öndər Heydər Əliyev dövlətimizin müstəqilliyini qoruyaraq, ölkəmizdə tüğyan edən böhranı aradan qaldırdı" - DEPUTAT"15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyev dövlətimizin müstəqilliyini qoruyaraq, ölkəmizdə tüğyan edən böhranı aradan qaldırdı:

"Xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin dövrün çətinliklərinə baxmayaraq ulu öndər Heydər Əliyev xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi. Sonrakı dövrdə isə qarşıya qoyulan bütün hədəflərə çatıldı. Məhz ümummilli lider Heydər Əliyevin iradəsi sayəsində biz müstəqilliyimizi qoruyub saxlaya bildik. Həmin tarixi gün Azərbaycan xalqının yaddaşında Milli Qurtuluş Günü kimi həkk olundu, 1997-ci ilin iyun ayında isə Milli Məclis tərəfindən milli bayram elan edildi.

Deputat vurğulayıb ki, bəzi qüvvələr tərəfindən yaradılan bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkəmizdə ictimai-siyasi sabitlik bərpa olundu:

"Əlbəttə ki, yaranan sabitlik bəzilərini narahat edirdi. AXC-Müsavat hakimiyyəti ulu öndər Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayaraq müxtəlif yollarla ona mane olmağa çalışırdı. Bütün maneələri səbirlə aşan ulu öndər Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüş keçirdi. Bununla da bu sahədə ulu öndər Heydər Əliyevin yürütdüyü uğurlu siyasət respublikanı informasiya blokadasından çıxardı".

Deputat söyləyib ki, ulu öndər Heydər Əliyevin şəxsiyyəti, yüksək idarəetmə qabiliyyəti, qətiyyəti, və uzaqgörənliyi sayəsində dövlətimizdə böhrana son qoyuldu. Ən önəmlisi ölkəmizdə vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu. Ulu öndər Heydər Əliyevin zəhmətləri sayəsində ölkəmiz xaosdan, sosial-iqtisadi böhrandan və siyasi çəkişmələrdən xilas oldu. Əmin-amanlıq, siyasi sabitlik yarandı. Dövlətimizdə hər bir sahədə inkişaf başlandı.

Bilirsiniz ki, 15 iyun həm də Şuşa bəyannaməsinin imzalandığı tarixdir. Sabah həm də Şuşa bəyannaməsinin imzalanmasının ikinci il dönümünü qeyd edəcəyik. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında imzalanan tarixi anlaşmadır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 980   Tarix: 15 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021