Qızına cehizlik almağa gedən ata oğurluq etdi
Abşeron rayonu Xırdalan şəhərində yerləşən ticarət mərkəzindən birində oğurluq hadisəsi baş verib.
Qaynarinfo.az-ın məlumatına görə, hadisəni 1969-cu il təvəllüdlü Fariz adlı şəxs törədib.
Fariz və universitetlərin birində filoloq-müəllim işləyən həyat yoldaşı ilə birlikdə qızına yay aylarında baş tutacaq toyundan öncə cehiz almaq qərarına gəliblər. Onlar övladları ilə birlikdə ticarət mərkəzində yerləşən mebel mağazasına gediblər.
Həyat yoldaşı və qızının satış meneceri ilə söhbət etdiyini görən Fariz mağazadan qiyməti 3000 manat olan mobil telefonu oğurlayıb.
Telefonu götürüb əynindəki gödəkçənin cibinə qoyub. Arvadı və qızı satıcı ilə təxminən 5 dəqiqə mebellər haqqında söhbət etdikdən sonra birlikdə mağazanı tərk ediblər. Daha sonra başqa mebel mağazasına baxıb, ticarət mərkəzini tərk edərək evə qayıdıblar. Yaşadığı evin qarşısına çatdıqdan sonra arvadı evə qalxıb, özü isə idarə etdiyi avtomobildə qalıb. Oğurladığı telefonu cibindən çıxarıb baxarkən üzlüyünün alt hissəsində 300 manat pulu görüb. O, işləri ilə əlaqədar yenidən həmin ticarət mərkəzinə getdikdə polis əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxs ifadəsində oğurladığı mobil telefonun sahibini əvvəlcədən tanımadığını, oğurluq nəticəsində əldə etdiyi 300 manat pulu şəxsi ehtiyaclarına xərclədiyini və başqa hər hansı oğurluq əməli törətmədiyini bildirib.
Məhkəmənin qərarı ilə Fariz Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Aparılan araşdırma zamanı bu da məlum olub ki, Fariz 25 may 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 23 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 2.5-ci bəndinə əsasən, Sabunçu Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli qərarı ilə azad olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1868 Tarix: 14 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021