"Heydər Əliyev bizim müasir müstəqillik təfəkkürümüzün banisidir" - DEPUTAT

"Heydər Əliyev bizim müasir müstəqillik təfəkkürümüzün banisidir" - DEPUTATKonstitusiyamızın ilk cümləsində ifadə olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. 30 il əvvəl, legitim hakimiyyətin yeganə mənbəyi olan xalq yenidən Heydər Əliyevə etibar etdi, taleyin ümidinə buraxılmış xalqa məhz Ulu Öndər sahib çıxdı.

"Heydər Əliyev bizim müasir müstəqillik təfəkkürümüzün banisidir. Kimin hansı mif uydurmasından asılı olmayaraq, etiraf edək ki, mövcudiyyəti dövründə biz SSRİ-yə öz dövlətimiz kimi yanaşmış, bu dövlətə inanmışıq. Bizim dəyərli ziyalılarımız belə əqidəli kommunist kimi Sovet dövlətini özününkü hesab edib. Bu inamla yaşayan xalqın, müstəqillik barədə düşünərək SSRİ-dən üz çevirməsi faktiki mümkünsüz idi. Amma Ulu Öndərin 1987-ci ildə siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması xalqın sovetlərə inamın itməsi ilə nəticələndi. Azərbaycanın müasir müstəqillik yolu da məhz bu qırılma nöqtəsindən başlanır. Təsadüfi deyil ki, Heydər Əliyevin repressiyalara məruz qalmasından cəmi bir neçə ay sonra, başlanan xalq hərəkatının ilk iştirakçılarının əllərindəki etiraz plakatları məhz Heydər Əliyevin portretlərindən ibarət idi".

Bu sözlər Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, bəzi hallarda tariximizi qələmə alanlar nədənsə bu məqamın üzərindən sükutla keçirlər. Hansı ki, onların çoxunun əlini qələmə də, çörəyə də Heydər Əliyev çatdırıb.

"Əlbəttə, Heydər Əliyevin böyük tarixi cılız adamların yazdığı və yazdırdığı "tarix kitablarına" sığışa bilməzdi. Çünki, o özü elə tarix yaradan dahi idi və bunu hər kəs qəbul edib və edir. Təsəvvür edin, prezidentliyi dövründə özünə, bu gün isə yoluna müxalifətdə olanlar da bu böyük şəxsiyyətin qarşısında özlərinin bir heç kim olduqlarını o dərəcə də yaxşı dərk edirlər ki, "mübarizə yolunu" ayrı-ayrı tarixi şəxsiyyətlərə uğursuz formada istinad etməkdə, Heydər Əliyev şəxsiyyətini guya onlarla üz-üzə qoymaqda görürlər. Amma unudurlar ki, istər XX-əsrin əvvəlində, istərsə də XX əsrin sonunda onların istinad etdiyi şəxslərin, biz onların da ruhunu ehtiramla anırıq, heç birinin özünün siyasi yolu olmayıb, amma Heydər Əliyevin yolu var! Çünki əgər hansısa siyasi xətt, ideya davam edirsə bu yoldur, amma etiraf edək ki, nə qədər mütərəqqi olur olsun, siyasi ideyalar faydalı formada davam etmirsə bu artıq dalandır, yol deyil. Bu gün Heydər Əliyevin davam edən yolu, suverenliyin və tərəqqinin yeganə qarantıdır.Bilirsiniz ki, Ermənistan dövləti yaranandan, yəni 1918-ci ildən Azərbaycana ərazi iddiaları var idi və 1969-cu ilə qədər bu iddialarını hissə-hissə realizə edə bilirdilər. Məhz Heydər Əliyevin simasında güclü milli iradənin hakimiyyətə gəlməsi bu gedişata son qoydu.

1969-cu ildən 1987-ci ilə qədər Qarabağda kimsə baş qaldıra bildimi???

Amma 1987-ci ildə Ulu Öndərin istefasından iki həftə keçməmiş ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətin Ermənistanın tərkibinə verilməsi məsələsini yenidən qaldırdılar. Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, kimsə bu çirkin əməllərə cürət edərdimi? Əsla! Cənab İlham Əliyevin 10-mayda Şuşadan bəyan etdiyi kimi "Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu.

Yoxsa kiminsə Zori Balayana "sanballı" cavabı, yaxud kiminsə populist qəzet məqalələri sseriyası, - bunlar hansı siyasi-hüquqi nəticə verdi?

Hakimiyyətin mənimsənilməklə xalqa qarşı ən ağır cinayət törədən AXC-Müsavat cütlüyü nə edirdi? Ölkə uçruma yuvarlandığı, torpaqların işğal olunduğu bir şəraitdə, xalqın gözünün Naxçıvana dikildiyini görən o dövrkü iqtidar bütün potensialını Əliyevlə mübarizəyə səfərbər etmişdilər. Amma Ulu Öndər bu cılız, konsepsiyasız, prinsipsiz, kortəbii qaragüruhdan çox yüksəkdə dayanmışdı. Hakimiyyətə gəldikdən sonrakı dövrdə atılan addımlar, başlanan şərəfli yol barədə saatlarla danışmaq olar. Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərinən biri də məhz milli iradəni ifadə edən siyasi xəttin davamlılığını Cənab İlham Əliyevin timsalında təmin etməsi oldu. Cənab İlham Əliyev necəki şanlı zəfərlə son 200 ildə qarşıda duran əsas ümummilli vəzifəni həll etməklə, eləcə də həyata keçirdiyi ardıcıl tədbirlərlə Ulu Öndərin Konstitusiyada ehtiva olunan dövlətçilik konsepsiyasını - vəsiyyətini reallaşdırdı. Bu gün cənab İlham Əliyev sözün əsl mənasında Xalqının vahidliyini təcəssüm etdirir, dövlətçiliyin varisliyini təmin edir. Dövlət müstəqilliyinin, ərazi bütövlüyünün sözün əsl mənasında təminatçısı və harda yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların hamisidir. Belə bir şəraitdə qarşımızda bir vəzifə var, cənab İlham Əliyevin ətrafında sıx birləşmək. Ən azı mövcudiyyətimizi qoruimaq naminə, böyüyən övladlarımızın xoşbəxt həyatı naminə, təhülükəsizlik, sabitlik və inkişaf naminə, müstəqillik, suverenlik naminə.Bu yol davam etməlidir, İlham Əliyevin olmadığı, Heydər Əliyev ideologiyasından kənarlaşan yol milli xəyanət deməkdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1058   Tarix: 17 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

7 noyabr