Türkiyə-Azərbaycan Universiteti nə vaxt yaradılacaq?

Türkiyə-Azərbaycan Universiteti nə vaxt yaradılacaq?İki ölkənin müvafiq qurumları arasında bununla bağlı görüşlər keçirilib. Görüşlərdə tərəflərin hüquq və öhdəliklərinə dair müzakirələr aparılıb. Birgə universitet ortaq mədəni və tarixi dəyərlərimizin gün işığına çıxmasına, dəqiq elmlər və texnologiya sahəsində inkişafa təkan ola bilər.

Ötən tədris ilinin statistikasına görə, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 27 min nəfəri keçib. Baxmayaraq ki, Azərbaycanda 51 universitet fəaliyyət göstərir, Türkiyədəki 204 ali təhsil müəssisəsinə üz tutanların sayı hər il artır. Qardaş ölkədə təhsil alanlar təhsil haqqı, xaricə gediş-gəliş xərcləri, yataqxana problemi, oturum izni və sair bu kimi çətinliklərlə üzləşirlər.

"Kaspi" qəzetinin əvvəlki saylarında bu məsələni ictimailəşdirərək, həlli yollarına dair ekspertlərin fikir və təkliflərini diqqətə çatdırlıb.

Bu çətinlikləri aradan qaldırmaq, azərbaycanlı tələbələrin təhsil şərtlərini asanlaşdırmaq üçün mütəxəssislərin irəli sürdüyü təkliflərdən biri də Türkiyə-Azərbaycan Universitetinin yaradılmasıdır. Qeyd etmək yerinə düşər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıya səfəri çərçivəsində Azərbaycanın dövlət başçısı ilə birlikdə mətbuata bəyanatla çıxış edərkən bu məsələyə diqqət çəkiblər. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması istiqamətində danışıqlar indi son mərhələdədir:

"Biz çox ümid edirik ki, yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək".

Təhsil sahəsində əməkdaşlığa yeni töhfə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd edib ki, hazırda iki ölkə arasında atılacaq addımlardan biri Türkiyə-Azərbaycan Universiteti məsələsidir. Onun sözlərinə görə, Ali Təhsil İdarəsinin sədri öz həmkarı ilə bu məsələni nəzərdən keçiriblər:

"İnşallah, Türkiyə ilə Azərbaycan arasında belə bir universitetin qurulmasına nail olacağıq".

Göründüyü kimi, hər iki dövlət başçısı Türkiyə-Azərbaycan Universitetinin yaradılması istiqamətində siyasi iradə nümayiş etdirib, müvafiq tapşırıqlar da verib. Maraqlıdır, belə bir ali təhsil müəssisəsinin yaradılması ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığa, ümumiyyətlə, Türkiyə-Azərbaycan əlaqələrinə necə təsir göstərəcək?

Universitetin təsis olunması ilə bağlı görülən işlər

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Türkiyə-Azərbaycan Universitetinin təsis olunması ilə bağlı müvafiq işlər görülür.

Qeyd edilib ki, 2021-ci ilin dekabr ayında Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə baş tutmuş səfərindən sonra 15-17 mart 2022-ci il tarixlərində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ali Təhsil Şurasının sədri Erol Özvarın dəvəti ilə Türkiyədə səfərdə olub. Səfər zamanı Türkiyə-Azərbaycan Universitetinin təsis olunması istiqamətində tərəflərin hüquq və öhdəliklərinə dair müzakirələr həyata keçirilib.

Attestatla qəbul olub ali təhsil almağın problemləri

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı mövzu ilə bağlı qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan demokratik bir ölkədir və vətəndaşlarımızın istənilən ölkədə ali təhsil ala bilmək seçimi var.

Millət vəkilinin sözlərinə görə, vətəndaşların bu seçiminin, xaricdə ali təhsil almaq hüququnun qarşısını inzibati yollarla almaq mümkün deyil və bu, doğru da olmazdı:

"Son illər Azərbaycanda universitetlərə qəbul ola bilməyən bir sıra şəxslər attestatla qardaş Türkiyə universitetlərində ali təhsil almağa gedirlər. Təbii ki, onlar öz seçimlərində azaddırlar. Ancaq yalnız attestatla qəbul olub ali təhsil almağın bir çox problemləri var. Həmin gənclər yaxşı təhsil ala bilirlərmi? Ümumiyyətlə, təhsillərini başa çatdırırlarmı? Orada yaşayış yeri tapmaq, qidalanma xərcləri və digər məsələlər də qayğılar sırasındadır".

Valideynlər universitetlər üçün "sponsor"a çevrilirlər

Professor vurğulayıb ki, məsələnin digər tərəfi Azərbaycanda ailələrin az qala bəzi universitetlər üçün "sponsor"a çevrilməsidir:

"Övladlarının taleyi ilə valideynlər bir sıra hallarda yaxından maraqlana bilmirlər. Bu deyilənlər sadəcə qardaş Türkiyə ilə əlaqədar deyil. Azərbaycanlı gənclərin Rusiya, Ukrayna, Gürcüstan universitetlərində də qeyd edilən yolla ali təhsil almalarına dair çoxlu nümunələr, məlumatlar var. Həmin gənclər təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra onların ali təhsil haqqında diplomları müvafiq dövlət qurumu tərəfindən tanınmır, gənclərin əziyyəti hədər gedir".

"Türkiyə-Azərbaycan Universitetinin yaradılması müsbət effekt verər"

Millət vəkilinin fikrincə, bu cür neqativ halların aradan qaldırılması üçün Türkiyə-Azərbaycan Universitetinin yaradılması yaxşı olardı:

"Ölkəmizdə Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, həmçinin Azərbaycan-Fransız, İtaliya-Azərbaycan universitetləri modelləri var. Bu nümunələrdən çıxış edərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması da müsbət effekt verər. Bu cür universitetlər Orta Asiya ölkələrində var. Qırğızıstanda Manas, Qazaxıstanda Əhməd Yasəvi universitetləri deyilənlərə misaldır. Bizdə də Türkiyə ilə birgə universitetin yaradılması müsbət hal olardı".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2689   Tarix: 17 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr