Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıb

Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıbTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə olaraq Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir.

İyunun 17-də Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Simpoziumun təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə qurumlarının rəhbərləri, nazirlər, xaricdə yaşayan və çalışan həkimlər, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, tanınmış həkimlər, özəl, dövlət tibb müəssisələrinin direktorları və digərləri iştirak ediblər.

Simpoziumda ilk olaraq Ümummilli Lider Heydər Əliyevin səhiyyənin inkişafındakı roluna həsr edilən "Vətənin Təbibi" adlı filmin nümayişi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev belə böyük miqyaslı tədbirin keçirilməsinin və müstəqil Azərbaycan səhiyyəsinin memarı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasının önəmini vurğulayıb:

"17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü bizim üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki bu peşə bayramı bir tərəfdən cəmiyyətin tibb işçilərinin əməyinə verdiyi yüksək qiymətin ifadəsidirsə, digər tərəfdən Azərbaycanın tibb ictimaiyyətinə şəxsən Ulu Öndər Heydər Əliyevin hədiyyəsidir. Dünyadakı Azərbaycanlı Təbiblərin Simpozimunun gündəliyi də həm elmi, həm də mədəni baxımdan zəngindir. Simpoziumun Respublikamızda və ondan kənarda çalışan tibb mütəxəssisləri arasında peşəkar münasibətlərin gücləndirilməsinə, tibbin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə, həmvətənilərimiz arasında həmrəylik mühitinin inkişafına töhfələr verəcəyinə əminəm".

Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev səhiyyənin yeni maliyyələşmə mexanizmi olan icbari tibbi sığortanın ölkə üzrə tətbiqinin əhalinin tibbi xidmətlərə çıxışını asanlaşdırdığını, vətəndaşların səhiyyə sistemindən məmnunluq səviyyəsini artırdığını söyləyib. Həmçinin o, belə genişmiqyaslı tədbirlərin Azərbaycanda tibbin inkişafına töhfə olduğunu deyib:
"Tibb müəssisələrində, xüsusən də bölgələrdəki xəstəxanalarda həkim çatışmazlığının aradan qaldırılması istiqamətində davamlı addımlar atılır. Xaricdə təhsil almış 66 həkim-mütəxəssis artıq Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Ağdaş və Şəki rayonlarında yerləşən dövlət tibb müəssisələrində işə qəbul olunublar. Onlardan 42-si cərrahi, 24-ü terapevtik profillər üzrə ixtisaslaşmış həkimlərdir. Bu yaxınlarda proqramın müddəti daha bir il uzadılıb. Bu proqram, eyni zamanda xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının tətbiqi və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir".
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək son illərdə tibb sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib. Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində, Vətən müharibəsində və icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin yüksək səviyyədə qurulması ilə bağlı çıxış edib:

"Bu gün tibb sahəsində dünyada gedən sürətli inkişafla ayaqlaşmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılması prioritet təşkil edir. TƏBİB insan kapitalının mütəmadi inkişaf etdirilməsinə və yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasına böyük diqqət yetirir. Yüksək keyfiyyətli tibbi xidmətlərin təşkili ilk növbədə peşəkar mütəxəssislərin səmərəli fəaliyyəti ilə bağlıdır. Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 084 nəfər əməkdaş çalışmaqdadır. Onlardan 53 389 nəfəri tibb heyətidir. Onu da qeyd edim ki, 2022-ci il üzrə TƏBİB-in tabeli tibb müəssisələrinə 12 379 nəfər işçi, 2023-cü ilin bugünkü gününədək isə 3 500 nəfərdən çox işçi qəbul edilib.

Hazırda xaricdə təhsil alan həkim-mütəxəssislərin TƏBİB-in tabeli tibb müəssisələrində işə qəbulu da aparılmaqdadır. Həm regionlarda, həm də mərkəzdə yerləşən tibb müəssisələrimizdə 60 nəfərdən çox xaricdə təhsil alan azərbaycanlı həkimlərimiz işlə təmin olunub. Bu tendensiyanı gələcəkdə də davam etdirməyi düşünürük. Biz peşəkar həkimlərimizi Vətəndə, tibb mərkəzlərimizdə görməyə hər zaman şad olarıq".

Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov vaxtilə Ulu Öndər Heydər Əliyevin təhsil üçün xaricə göndərdiyi gənclər arasında olmağın məmnunluğunu dilə gətirib.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev tibb təhsilinə hər zaman xüsusi diqqət yetiririldiyini vurğulayıb:
"Xaricdə təhsil proqramları çərçivəsində 19 ölkənin 105 ali təhsil müəssəsində 917 nəfər tibb təhsili alıb. Ümumiyyətlə, son dövrlərdə Azərbaycanda tibb təhsilinin kifayət qədər inkişafı müşahidə olunur. Burada bir neçə prinsip önəmlidir. Ən vacib amillərdən biri tibb təhsilinin əlçatan olmasıdır. Yəni savadlı, bacarıqlı məzunlar həkimlik ixtisasını seçəndə maliyyə onlar üçün maneəyə çevrilməsin. Bu istiqamətdə son illər ərzində hər il dövlət sifarişli yerlərin sayı artırılmaqdadır".
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında hazırda 2 minə yaxın həkimin xarici ölkələrində çalışdıqlarını qeyd edib.
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli çıxış edərək Ulu Öndərin səhiyyə və tibb təhsili sahəsindəki görüdüyü işlərin önəmidən danışıb:
"Azərbaycan Tibb Universitetində peşəkar kadrların hazırlanması üçün 3 yeni kafedra yaradılıb. Ailə təbabəti kafedrası isə yenidən qurulub".
Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb fakültəsinin Cərrahiyyə klinikasının həkimi, cərrah-onkoloq, t.ü.f.d, dosent Vüqar Yaqublu isə çıxışında Azərbaycanda səhiyyə sahəsində əldə olunan uğurlardan məmnunluğunu dilə gətirib:
"Azərbaycan Gənclərinin 2-ci forumunda tibb tələbəsi olaraq Ulu Öndərin qarşısında çıxış etmişdim və illər sonra belə böyük auditoriyada Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə yenidən çıxış etmək imkanı qazandığıma görə çox şadam. Azərbaycan səhiyyəsinin gələcəyini parlaq görürəm. Bu sahədə biz də xaricdə yaşayan həkimlər olaraq əlimizi daşın altına qoymağa hazırıq".
İstanbul Liv Hospitalının Beynəlxalq Xəstə xidmətləri qrupunun həkimi, Vətən müharibəsinin könüllü iştirakçısı Tural Xaspolad isə çıxışında şəhid tibb işçilərindən söz açıb:

"Vətən müharibəsində iştirak edən həkimlərimiz sübut etdilər ki, Azərbaycan həkimi isti otağını səngərə, ağ xalatını hərbi formaya dəyişərək Vətənin keşiyində dayana bilər. Vətən dardadırsa, biz rahat ola bilməzdik. Mən özüm Füzulidən Şuşayadək döyüş yolu keçmişəm".

Tural Xaspolad Azərbaycanda tibb sahəsinin çox inkişaf etdiyini, bu müsbət dəyişikliklərin xaricdə yaşayan həkimlər olaraq onları çox sevindirdiyini və zərurət yaranarssa, onlar da Azərbaycan səhiyyəsinin inkişafında öz töhfələrini bəxş etməyə hazır olduqlarını deyib.

Dünyadakı Azərbaycanlı Təbiblərin Simpozimunun təntənəli açılış mərasimi daha sonra bədii hissə ilə davam edib.

Xatırladaq ki, Simpoziumun keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, həmçinin xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır.

Simpoziumda dünyanın 13 ölkəsində - Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislər iştirak edirlər.

Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu iyunun 22-də öz işini yekunlaşdıracaq.
Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıbDünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıbDünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıbDünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıbDünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıbDünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıbDünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıbDünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıbDünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıbDünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıbDünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıbDünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıbDünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1026   Tarix: 17 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr