Zəbt edilən lift meydançaları sakinlərin həyatını riskə atır

Zəbt edilən lift meydançaları sakinlərin həyatını riskə atırDoqquzmərtəbəli binalarda liftlərin yanında olan boşluq sahə bir çox hallarda sakinlər tərəfindən zəbt edilir. Lakin sovet vaxtı inşa olunmuş çoxmənzilli binalar vətəndaşların ümumi əmlakı sayılır. Bu hal qanunvericiliyə ziddir, həm də həyatımız üçün təhlükəlidir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı dərc etdiyi məqaləni təqdim edirik:

Köhnə çoxmənzilli binalarda rast gəlinən problemlərdən biri liftlərin yanında olan hissənin sakinlər tərəfindən zəbt olunmasıdır. Bu hissələr bağlanılır və sakinlər oradan müxtəlif məqsədlərlə istifadə edir. Belə olduqda bloklara nə pəncərədən gün işığı daxil olur, nə də hava. Mərtəbələrdə qaranlıq və havasızlıq hökm sürür. Digər bir məsələ isə təhlükəsizliklə bağlıdır. Bir fövqəladə hal baş verdikdə havanın təmizlənməsi və ya insanların təxliyəsi kimi hallar çətinləşir.

Həmin pəncərələr tək havalandırma məqsədi daşımır

Əmlak eksperti Ramil Osmanlı dedi ki, mənzil qanunvericiliyində çoxmənzilli binalarda həmin ərazilər pilləkən qəfəsləri adlanır: "Pilləkən qəfəsləri, meydançaları, liftlər, lift şaxtaları, binanın dam örtüyü, binanın ərazisi sahə mülkiyyətçilərinin ümumi əmlakı sayılır. Həmin pəncərələr tək havalandırma məqsədi daşımır. Eyni zamanda, hər hansı bir fövqəladə vəziyyət halında sakinlərin təxliyəsi, ayrı-ayrı mərtəbələrə müdaxilə üçün nəzərdə tutulur".

Şikayət olunsa, mütləq sökülməlidir

R.Osmanlının fikrincə, o sahələrin qapadılması qanunsuzdur: "Ümumi əmlakdan istifadə halları vətəndaşlar tərəfindən müəyyən olunan idarəetmə forması və ya sahə mülkiyyətçiləri tərəfindən ümumi yığıncaqda qərar şəklində verilir. Amma o binalar ki, dövlətin balansındadır, bu, artıq dövlət qurumlarının xüsusi razılığı əsasında həyata keçirilə bilər. Belə razılıqlar isə mövcud deyil. Həmin ərazilərin bağlanması qanunsuzdur. Yəni qonşular şikayət etsə, bu hal aradan qaldırılmalıdır. Oraya çən yerləşdirənlər, müxtəlif məqsədlər üçün saxlanc yeri düzəldənlər var".

Bu binalar vətəndaşların ümumi əmlakı sayılır
Tikinti məsələləri üzrə ekspert Elnur Azadov bildirdi ki, Doqquzmərtəbəlilərdə adətən lift meydançaları zəbt olunur: "Həmin sahə fövqəladə hallar baş verdikdə, adamların qorunmaq məqsədilə toplanması üçün nəzərdə tutulub. Eyni zamanda həmin sahə ehtiyac olarsa, yanğın söndürən maşınlar, qaldırıcı kranlar, xüsusi vasitələrlə vətəndaşların təxliyə olunması ilə bağlıdır. Hətta onların dəmir hissələri elə qurulurdu ki, üzüyuxarı qaldırılırdı, pəncərə açılırdı və altından çıxmaq imkanı olurdu. Yəni bu sahələr bina layihələndirilən vaxt 70-80-ci illərdə çox mükəmməl normativlərə uyğun olaraq hazırlanıb və inşa olunub. Bu baxımdan həmin sahələrin vətəndaşlar tərəfindən zəbt olunması, şəxsi məqsədlərlə nəyisə saxlamaq yeri kimi istifadə etmək qanuna ziddir".

E.Azadovun sözlərinə görə, vətəndaşlar idarəetmə forması qurmalı və binanın hissələrinin qanunsuz zəbt olunmasının qarşısını almalıdırlar: "Artıq 15 ilə yaxındır ki, qanunvericilikdə baş vermiş dəyişikliklərə uyğun olaraq sovet vaxtı inşa olunmuş çoxmənzilli binalar vətəndaşların ümumi əmlakı sayılır. Xidmət sahələri kimi ərazi idarələri, mənzil kommunal təsərrüfat birlikləri binaların içinə heç bir müdaxilə etmir, həmçinin xidmət də göstərmirlər. Bu kimi çoxmənzilli binalar vətəndaşların öz ixtiyarına verilib və onlar qanunla qeyd olunmuş qaydada müştərək cəmiyyət yaratmalı, bu kimi sahələri özləri idarə etməlidirlər. Lakin bu proseslər yalnız yeni tikilmiş binalarda baş verir. Digər 3-5-9 mərtəbəli binalarda müştərək cəmiyyətlər qurulmayıb. Bu boşluqdan da bəzi vətəndaşlar istifadə edir. Binanın konstruktiv elementləri, həyəti, qurğuları, həyətində olan yaşıllıqlar, müxtəlif ümumi tikililər, girişlər, çıxışlar, liftlər, pilləkənlər, binanın fasadı, çöl hissəsi - bunların hamısı ümumi əmlakdır və hamıya aiddir. Onların qorunması və idarə olunması həmin binada yaşayan mülkiyyət sahiblərinin üzərinə düşür".

Bəzən həmin hissələr kimlərinsə istifadəsinə verilir

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd etdi ki, əsasən yük liftinin ərazisində bu hallar baş verir: "Binalar hansı qurumun balansındadırsa, istismarını kim həyata keçirirsə, onlar tərəfindən də təhlükəsiz istismarı həyata keçirilməlidir. Bu, mənzil kooperativləri də, mənzil istismar birlikləri də, mənzil müştərək cəmiyyəti də ola bilər. Yəni sakinlər tərəfindən binanın konstruksiyasına hər hansı bir müdaxilə, ümumi istifadədə olan hissələrin hansısa şəxsə verilməsi qadağandır. Bu, binanın zirzəmisi də, qarajı da, lift şaxtalarının yanındakı boşluq da ola bilər. Həmin hissələr əsasən yüklərin daşınması üçün olan liftin yeridir. Ancaq əfsuslar olsun ki, bəzən həmin hissələr kimlərinsə istifadəsinə verilir. Həmin şəxslər tərəfindən şkaf, qarderob, material yığmaq üçün istifadə olunur".

Tez alışan məhlullar, yaxud da qaz balonu ola bilər

E.Nurəliyevin sözlərinə görə, vətəndaşlar diqqətli olmalıdır ki, həyatları üçün bir təhlükə yaranmasın: "Hər hansı bir hadisə anında həmin şkaflarda, dolablarda kimyəvi tərkibli material, məhsullar, yanma riski yüksək olan, tez alışan məhlullar, yaxud qaz balonu ola bilər.

Digər məqam nəinki həmin liftlərin yanındakı ara hissə, eyni zamanda liftin yanında ehtiyat çıxış qapısına tərəf gedən pilləkənlərin qəfəslərində bu cür şkafların, dolabların düzəldilməsi hallarıdır. Əlbəttə, bu da hər hansı bir hadisə zamanı insanların tez bir zamanda rahat və təhlükəsiz şəkildə təxliyə olunmasına maneçilik yaradır. Bu hissələr hər zaman boş qalmalıdır ki, hər hansı bir hadisə anında insanlar həmin yerdən təhlükəsiz formada və tez bir şəkildə təxliyə olunsunlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1207   Tarix: 18 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

7 noyabr