Bu rayonda yenidən sel təhlükəsi yaranıb

Bu rayonda yenidən sel təhlükəsi yaranıbBiləsuvar rayonunda yenidən sel təhlükəsi yaranıb.

Sonxeber.az xəbər verir ki, bu barədə report-a rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saat 06:00-dan başlayaraq İran ərazisindən təxminən 50-55 kubmetr/saniyə sürəti ilə böyük su kütləsinin Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olması nəticəsində sel təhlükəsi yaranıb.

Sel sularının qarşısının alınması məqsədilə yerli icra hakimiyyətinin, rayon polis şöbəsinin, FHN-in Şirvan-Salyan Regional bölməsinin və aidiyyəti idarə, müəssisə və təşkilatların iştirakı ilə yaradılmış qərargahın rəhbərliyi ilə gecə boyu texnikalar vasitəsilə çay üzərində qabaqlayıcı tədbirlər həyata keçirilib.

Bolqarçay su anbarında yığılmış su kütləsi vaxtında boşaldılaraq daxil olan sel sularının bir hissəsi su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilib.
Bundan əlavə çayın müxtəlif hissələrində bəndvurma və sahilbərkitmə işləri aparılıb. Hazırda Bolqarçayda suyun səviyyəsinin artması davam etsə də, görülmüş tədbirlər nəticəsində, sel suları heç bir dağıntı və təlafata səbəb olmayıb.

Selin yarada biləcəyi fəsadların qarşısının alınması və sakinlərin təhlükəsizliyi məqsədilə çayboyu yerləşən yaşayış məntəqələrinin icra nümayəndələrinə xəbərdarlıq edilib ki, lazım gələrsə əhalini məlumatlandırmaları üçün hazırlıqlı olsunlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1162   Tarix: 19 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tarifləri ilə bağlı yeni qərar qəbul edib. Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı sənədə əsasən, interçeync haqları üçün yuxarı hədd təsdiqlənib. Cari ilin iyun ayının 1-dən qüvvəy

26 aprel
.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır"

"Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır". AZƏRTAC-a istinadə

26 aprel
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Zelenskinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ukraynalı həmkarı Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

25 aprel
.

Muxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qazaxıstanın Astana şəhərində keçirilən Regional Ekoloji Sammit (RES 2026) çərçivəsində erkən xəbərdarlıq və fəlakət riskinin azaldılması üzrə yüksək səviyyəli sessiyaya qatılıb. "Report" xəbər verir ki, M. Babayev b

26 aprel
.

Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər açıqlandı

Mənzil təminatı sahəsində tətbiq olunan yeni sosial yanaşmalar cəmiyyətdə geniş müzakirələr doğurub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyaya aid vətəndaşlar dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilirlər. Bəs kimlər dövlət hesabına mənzil ala bilər?. xəbər verir ki, məsələ ilə bağlı hüquqşüna

25 aprel
.

Sabah 24 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər mülayi

25 aprel
.

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. "Report" xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı

25 aprel
.

Göyçayda marketdə yanğın - Video

Göyçay şəhərində yerləşən marketdə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində marketi

25 aprel
.

Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz"

Azərbaycanın bir qrup QHT nümayəndəsi "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaniyə açı

25 aprel