Finlandiyalı mütəxəssislərin iştirakı ilə "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıb
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 20-dən çox media subyektinin nümayəndələri üçün Finlandiyanın media və böhran kommunikasiyası üzrə ekspertləri tərəfindən "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıb.
Seminarın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli ölkəmizdə informasiya məkanının çoxsaylı təhdid və təzyiqlərə məruz qaldığını, Azərbaycana qarşı aparılan dezinformasiyaların qarşısının alınmasının vacibliyini bildirib. Vurğulanıb ki, bu mövzuda Finlandiyanın qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə belə seminarların təşkili mühüm töhfə olacaq.
Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen bildirib ki, belə seminarların keçirilməsi mediada hibrid təhlükələrin aşkarlanması, doğru informasiya ilə saxta məlumat arasındakı sərhədin müəyyənləşdirilməsi, hibrid təhlükənin olduğu şəraitdə jurnalistlərin düzgün hərəkət edə bilməsi üçün əhəmiyyətli rol oynayır. O qeyd edib ki, seminarlarda risklərin müəyyənləşdirilməsi və necə mübarizə aparılacağına dair mühüm məsələlər müzakirə ediləcək.
İki gün davam edəcək seminarlarda Finlandiyanın Xarici İşlər Nazirliyinin eksperti Vesa Kekäle, Milli Audiovizual İnstitutun direktor müavini Leo Pekkala və Fövqəladə Təchizat Təşkilatı "Mediapooli"də Hazırlıq bölməsinin rəhbəri Tero Koskinen "Media savadlılığı", "Finlandiyada media savadlılığı işinin necə təbliğ edildiyi, uğurlu nümunələr", "Keçid periodunda media", "İnformasiya manipulyasiyasının təsviri, informasiya manipulyasiyası üçün ilkin şərtlər", "Medianın rolu: jurnalistika və qərar qəbul edənlər arasında əlaqə", "İnformasiya manipulyasiyasına qarşı dayanıqlılıq: hökumət tərəfindən əks tədbirlər daxil olmaqla bütün cəmiyyət yanaşması", "Finlandiyada ənənəvi medianın situasiya məlumatlılığının təhlili", "Finlandiyada jurnalistika infrastrukturu: Xəbər mediasına güvən" və s. mövzularda çıxış edəcəklər. Eyni zamanda "Azərbaycanın media landşaftında situasiya məlumatlılığının təhlili", "Təhlildə müəyyən edilmiş riskləri necə prioritetləşdirmək, praktikada riskləri necə həll etmək olar?" mövzusunda vörkşopun keçirilməsi nəzərdə tutulub.
Seminarların yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.







Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 694 Tarix: 20 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021