Ürəktutmadan ölüm halları sürətlə artır: Bəs səbəbi nədir?

Ürəktutmadan ölüm halları sürətlə artır: Bəs səbəbi nədir?Son zamanlar ürək-damar xəstəlikləri və bu səbəbdən ölüm halları artıb. Cəmiyyətdə xəstəliyin və ölüm halının artmasına müxtəlif səbəblər göstərilir.

Məhz son günlər ürəktutmadan baş verən ölüm hallarına səbəb olduğu iddia edilən məsələlərdən biri kimi koronavirus əleyhinə vurulan peyvəndlər irəli sürülür. Lakin mütəxəssislər bu fikirdə deyil.

Sonxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı Trend-in suallarını cavablandıran həkim-kardioloq Muxtar Müseyibov bildirib ki, ürəktutmadan ölüm halının səbəbi olaraq koronavirus vaksinin göstərilməsi sadəcə bir iddiadır.

"Ürəktutma səbəbindən ölüm hallarına praktikada tez-tez rastlaşırıq.

Daha öncə ürək xəstəlikləri bu qədər yayılmamışdı. Lakin təəssüflər olsun ki, indi belə xəstələr kifayət qədərdir. Burada bir çox səbəblər var. Bunlardan biri irsi səbəbdir. Yəni genetikada bu xəstəlik varsa, risklər də çoxalır. Az hərəkət, piylənmə, xolestrin ürəktutmadan ölüm riskini artırır. Bundan əlavə tütün və tütün məhsulları da səbəblərdən biridir.
Müasir dövrdə hər sahədə olan stres faktoru da müəyyən rol oynayır. Bütün bunların hər birini toplayanda ürək-damar xəstəliklərinin yayılma səbəbi ortaya çıxır.

Cəmiyyətin isə ürəktutmadan ölüm halının səbəbi olaraq koronavirus vaksinini göstərməsi iddiası ilə biz də rastlaşırıq. Bu bizim üçün təbii ki, bir iddiadır və həkim olaraq iddialar əsasında fikir bildirə bilmərik. Elmi əsaslarla sübut olunan nəticələrə baxırıq.

Pandemiya dövründə, İkinci Qarabağ müharibəsi zamanı stresin artması faktoru da müəyyən rol oynayır. COVID-19 virusuna yoluxan zamanı ürək-damar xəstəliklərinin olması ilə qarşılaşırıq. Amma konkret olaraq vaksindən sonra ürək-damar xsətəliklərinin artması iddiası araşdırma mövzusudur. Bununla bağlı dəqiq fikir söyləmək olmaz", - deyə M.Müseyibov əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1996   Tarix: 20 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021