Ölməzlik rəmzinə çevrilmiş nəhəng şəxsiyyət

Ölməzlik rəmzinə çevrilmiş nəhəng şəxsiyyətMüasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi həm ölkəmizdə, həm də ölkəmizdən kənarda istər millətimizin nümayəndələri, istərsə də əcnəbilər tərəfindən böyük qürur və sonsuz sevinc hissləri ilə qeyd olunur. Təbii ki, bu, nəhəng şəxsiyyətin dünya tarixindəki rolundan, o cümlədən Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərdən doğur. Prokurorluq işçiləri də öz növbələrində "Heydər Əliyev ili" ilə əlaqədar yüksək iftixar və hədsiz fərəh hisslərilə silsilə tədbirlər keçirir və bununla bağlı müvafiq işlər görürlər. Vurğulanmalıdır ki, hər il olduğu kimi, bu il də 03 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, 06 may 2023-cü il tarixdə isə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda millət vəkillərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Ümummilli Liderin doğum gününün növbəti ildönümü, 100 illik yubileyi təntənəli surətdə qeyd olunmuş, dahi insanın əziz və unudulmaz xatirəsi hörmətlə yad edilmişdir.

14 iyul 1969-cu il tarixdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra ali və müqəddəs ideyaların reallaşması sürətli vüsət alır. Həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni, bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başlayır və bu proses də, məhz, ideya müəllifi ilə xalq arasında olan sıx bağlılığın sayəsində uğurla həyata keçirilir. Sözügedən proses milliləşməni özündə ehtiva edən müqəddəs ideyaların xalq tərəfindən mükəmməl mənimsənilməsi və dərindən dərk olunması, bununla da vahid Azərbaycançılıq ideologiyasının formalaşması ilə nəticələnir. Təbliğat üçün xüsusi önəm kəsb edən digər sahələrdə də milliləşmə prosesi sürətlənir. Məhz ümummilli liderin təşəbbüsü və onun himayəsi ilə xalqımızın tarixini, adət-ənənələrini, qəhrəmanlıq keçmişini və s. əks etdirən mövzularda filmlər çəkilir. Təsadüfi deyildir ki, gənclərin milli ruhda tərbiyəsində, sonralar onların kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynayan "Nəsimi", "Babək", "Dəli Kür" və digər bu kimi filmlər həmin dövrlərdə çəkilirdi. Təhlil göstərir ki, sovet hakimiyyətinin ilk illərindən etibarən Azərbaycanda rus dilində təhsil alanların sayı dinamik surətdə artırdısa, ötən əsrin 70-ci illərinin əvvəllərindən bu dinamika Azərbaycan dilində təhsil alanların say artımı hesabına kəskin şəkildə azalmış, ana dilində rəsmi, elmi və bədii nəşrlərin sayı artmış, elmi tədqiqatların və araşdırmaların məhz bu dildə aparılması təmin olunmuşdur. Ümummilli Lider Heydər Əliyev həmçinin Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin klassik yazıçı və şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə, bir sözlə, milli ədəbi düşüncənin inkişafına təkan verməklə, azərbaycanlıların necə böyük tarixə, şanlı soykökünə malik olduğunu nümayiş etdirirdi. Bir sözlə, böyük şəxsiyyət Heydər Əliyev tariximizi, dilimizi, dinimizi, mədəniyyətimizi, incəsənətimizi, xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini sevərək öz varlığında yaşatmış, hər zaman onlara sadiq olmuş, davranışları və konkret əməlləri ilə bu müqəddəs dəyərləri toxunulmaz bir xəzinə kimi qoruyaraq, onların əbədiyaşarlığını təmin etmişdir. Ona görə də xalqın tarixi yaddaşının və mənəvi irsinin mühafizəsinə xidmət edən genişmiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli dövlətçilik konsepsiyasının konkret mənəvi dəyərlər sistemi əsasında vahid məqsədə yönəldilməsi, vətənpərvər ruhlu nəslin yetişdirilməsi Ümummilli Lider Heydər Əliyevlə bağlı olmuşdur.

SSRİ-nin süqutu ilə əlaqədar yaranmış tarixi şəraiti düzgün qiymətləndirməklə, vəziyyətdən bəhrələnən xalqımız ötən əsrin sonlarında ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, AXC-Müsavat iqtidarı təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxartdı. Müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr ölkə həyatını iflic edir, müharibə aparan, işğala məruz qalan dövlətdə vahid komandanlığa tabe olan ordu olmadığından silahlı qüvvələr ayrı-ayrı şəxslərin əlində alətə çevrilir, iqtisadiyyat tənəzzülə uğrayır, respublikada vətəndaş həmrəyliyi pozulur, hətta ölkədə "qardaş qanı" axıdılır və vəziyyət ADR-in acı taleyinin təkrarlanması, ikinci dəfə qazanılan müstəqilliyin yenidən tarixə qovuşması təhlükəsi həddinə çatır. Belə bir olduqca çətin şəraitdə dövlətçilik ənənələrinə böyük önəm verən və nicatın onda olmasına əmin olan xalq, doğru seçim edərək özünün sınanmış rəhbərini-Ümummilli Lider Heydər Əliyevi israrlı tələblə müstəqil Azərbaycanın rəhbərliyinə dəvət edir. Azərbaycanını və xalqını özündən çox sevən Ulu Öndər bütün təhlükələri gözaltına almaqla, heç birinə məhəl qoymadan xalqın çağırışını qəbul edərək, 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəlir və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilir. Bir müddət sonra Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan dünya şöhrətli siyasətçi Heydər Əliyev, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilir. Sağlam düşüncəli hər kəs yaxşı dərk edir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin anda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nəinki bugünkü qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə onun mövcudluğu şübhə altına düşə bilərdi. Ulu öndər Heydər Əliyev növbəti dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə köklü islahatlar həyata keçirildi, dövlətimiz hərtərəfli qüdrətləndi və əhalinin rifahı yüksəldi.

İftixarlı haldır ki, bu gün Azərbaycana Ümummilli Lider Heydər Əliyevin zəngin dövlət idarəçiliyi təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, Ulu Öndər siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik lider, dünya şöhrətli şəxsiyyət və peşəkar siyasətçi rəhbərlik edir. Məhz möhtərəm Prezident cənab İlham Əliyevin hərtərəfli elmi biliyi, mükəmməl rəhbərlik qabiliyyəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizdə ümumi daxili məhsul, qeyri-neft sektoru, sənaye istehsalı, qeyri-neft sektorunda sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Qeyd olunanlarla bərabər, əhalinin pul gəlirləri, əməkhaqları, pensiyaları da dəfələrlə artmış, ölkə iqtisadiyyatına o cümlədən qeyri-neft sektoruna sərmayələr qoyulmuş və manatın məzənnəsi uzun müddətdir ki, sabit qalmaqda davam etmişdir. Bütün bunların nəticəsində insanların rifahı daha da yaxşılaşdırılmış və təbii olaraq əhalinin sayı da artmaqla on milyonu keçmişdir. Sadalanan uğurların əldə olunmasında millət üçün gördüyü çoxsaylı xeyirxah əməlləri ilə hər kəsin sevimlisinə çevrilmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Göründüyü kimi Ulu Öndər Heydər Əliyevin dünya tarixindəki müstəsna rolu, Azərbaycan dövləti və xalqı qarşısındakı misislsiz xidmətləri, o cümlədən ölkəmizin özündən sonra da qüdrətlənməsini təmin etmək üçün müdrik lider hazırlaması onu ölməzlik rəmzinə çevirmişdir. Odur ki, böyük şəxsiyyət hər zaman, hər yerdə hörmətlə xatırlanacaq və dərin ehtiramla anılacaqdır.

Fərid Şükürov

Bakı hərbi prokuroru, ədliyyə polkovniki


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2956   Tarix: 20 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021