Məhkəmə imkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlə bağlı qərar çıxardı
Ali Məhkəmədə Şamaxıda vətəndaşı döyərək ondan külli miqdarda pul tələb etməkdə təqsirləndirilən Dünyamalı Şahbazovun və onunla birlikdə həbs edilən Elnarə Əzimzadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Sonxeber.az pravda.az-a istinadən xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Rusiya vətəndaşı Dünyamalı Şahbazov Şamaxı rayonunun Şəhriyar qəsəbəsində şəxsiyyəti məlum olmayan iki nəfərlə birləşərək Nazir Nübarinin yaşadığı evin həyətinə gələrək ona zor tətbiq etməklə avtomobilə mindirib, sonra qəsəbədəki Bayraq meydanı adlanan əraziyə gətirib.
Həmin şəxslər orada Nazir Nübarini döyərək hədə-qorxu yolu ilə ondan 60 min manat tələb ediblər.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Dünyamalı Şahbazov şübhəli şəxs qismində tutulub.
İstintaq orqanı tərəfindən Dünyamalı Şahbazovun barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib. Bu işdə N.Nübarinin xanımı da zərərçəkmiş kimi tanınıb.
İttihama görə, Dünyamalı Şahbazov Bəxtiyar Həsənzadənin intiharında da suçlanır. İddiaya görə, Dünyamalı Şahbazovun Bəxtiyar Həsənzadədən külli miqdarda alacağı olub. Həmin məbləğin 30 minini qaytaran Bəxtiyar Həsənzadə pulun 70 minini qaytara bilmədiyi üçün intihar edib. İttihamda göstərilir ki, Bəxtiyar Həsənzadə Elnarə Əzimzadə ilə intim münasibətləri ilə şantaj edilib. İstintaq orqanının Dünyamalı Şahbazova qarşı ittihamının mahiyyəti belədir ki, o, ayrı-ayrı şəxslərin yüngül həyat tərzi sürən qadınlarla intim görüntülərini əldə edərək onları şantaj etməyə başlayıb. Məlumata görə, Dünyamalı Şahbazov, əsasən, vəzifəli şəxsləri tora salırmış.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Dünyamalı Şahbazov həbsdə olduğu müddət çıxılmaqla 13 il 2 ay, Elnarə Əzimzadə isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1807 Tarix: 21 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021