"Qurana hörmətsizlik Rusiyada cinayətdir" - Putin
Rusiya prezidenti Vladimir Putin bəzi ölkələrdən fərqli olaraq Rusiyada Qurani-Kərimə hörmətsizliyin cinayət olduğunu və Rusiyanın bu hüquqi qaydalara hər zaman əməl edəcəyini bildirib.
Sonxeber.az xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki Cümə məscidinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putin Quranın müsəlmanlar üçün müqəddəs olduğunu, ona hörmətsizliyin Rusiyada cinayət olduğunu bildirib.
"Quran həm müsəlmanlar üçün, həm də bütün insanlar üçün müqəddəs bir yadigardır. Biz bilirik ki, başqa ölkələrdə fərqli davranırlar, insanların dini hisslərinə hörmət etmirlər, üstəlik, bunun cinayət olmadığını deyirlər. Rusiyada dinlər arasında təfriqə salmaq cinayətdir" ,- deyə Putin bildirib.
Putinə Quran hədiyyə edilib.
Putinin bu açıqlaması İsveçdə Qurban bayramının ilk günü Quranın yandırılmasına icazə verilməsindən sonra olub.
Rusiya lideri həmçinin vurğulayıb ki, Rusiyada müsəlmanlarla pravoslav xristianlar arasında olan qardaşlıq münasibətləri rus xalqının birliyini və həmrəyliyini möhkəmləndirir.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2531 Tarix: 29 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabr