Azərbaycan XİN Paşinyana cavab verib
"Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 29 iyun tarixli iclasında guya Azərbaycanın bölgədə vəziyyəti gərginləşdirdiyi, erməni sakinlərə qarşı "etnik təmizləmə" siyasəti həyata keçirdiyi, bölgənin "blokada"da saxlandığı barədə növbəti dəfə səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 27 iyun tarixində Ermənistanın öhdəliyinə zidd olaraq Azərbaycan ərazisindən hələ də tam olaraq çıxarmadığı erməni silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan hərbçisinin yaralanması bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsi ilə yanaşı, xarici işlər nazirləri arasında ABŞ-də aparılan danışıqlara mane olmaq cəhdidir.
"Qeyd edilən təxribata cavab olaraq, Azərbaycan tərəfinin erməni silahlı birləşmələrinə qarşı gördüyü tədbirlərin "etnik təmizləmə" kimi qələmə verilməsi absurddur. Bununla yanaşı, "Laçın" sərhəd-buraxılış məntəqəsindən erməni sakinlərin tənzimlənən və şəffaf qaydada hər iki istiqamətdə keçməsinin Ermənistan tərəfindən həzm edilmədiyi məlumdur. Bu xüsusda, bölgədə "gərgin humanitar vəziyyət" olduğu barədə aparılan saxta təbliğatın da heç bir əsası yoxdur.
Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır", - deyə Azərbaycan XİN-in bəyanatında bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb