Fransa səfiri Azərbaycan XİN-ə çağırılıb - YENİLƏNİB

Fransa səfiri Azərbaycan XİN-ə çağırılıb - YENİLƏNİB30 iyun 2023-cü il tarixində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Fransa Prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə səsləndirilmiş, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib.

Səfirə bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirilməsi, Fransa prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun, müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.

Vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda E.Makrona istinadən yayılmış bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir.

13:02

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
"Trend" diplomatik mənbələrə istinadən xəbər verir ki, səfirdən son günlər Daşnaksütyun partiyasının və erməni lobbisinin Fransada olan nümayəndələrinin Prezident Emmanuel Makronla görüşü və bu görüşdə dövlət başçısının səsləndirdiyi bəzi fikirlər barədə mətbuatda çıxan açıqlamalarla bağlı izahat verilməsi istənilib.

Səfirin diqqətinə çatdırılıb ki, Fransa tərəfi Makronun adından verilən bu açıqlamalara aydınlıq gətirməlidir.

Belə ki, Daşnaksütyun və erməni lobbisinin nümayəndələri mediaya açıqlamalarında Emmanuel Makrona istinadən Kişineu görüşündən dərhal sonra Fransa prezidentinin onlara zəng etdiyi, Azərbaycan Prezidentinə təzyiq göstərdiyi və göstərəcəyi, Qarabağ məsələsində Paşinyandan daha fəal olduğu, bu fəallığını daha da artıracağını və s. fikirlər səsləndiriblər.

Səfir cavabında bu məsələdən məlumatsız olduğunu bildirib.

Məlumata görə, Azərbaycan tərəfi rəsmi Parisdən Emmanuel Makronun adından verilən bu fikirlərin ya təsdiq, ya da təkzib olunmasını gözləyir. Təsdiq edildiyi təqdirdə rəsmi Bakı tərəfindən diplomatik müstəvidə müvafiq addımların atılacağı istisna deyil.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1224   Tarix: 30 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Alyona Əliyeva sərgidə - Fotolar

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:

1 iyul
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam

25 iyun
.

Prezident portuqaliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca

10 iyun
.

"Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir" - DEPUTAT

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdə

10 iyun
.

Paşinyan Azərbaycan üzərindən Ermənistana internet kabelin çəkilməsi ilə bağlı: "Risk görmürük"

"Ermənistan internet trafikinin Azərbaycan üzərindən tranziti halında şəxsi məlumatlar üçün hər hansı risk və ya təhdid görmür". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumət iclasından sonra bildirib. Daha əvvəl məlum olduğuna görə, "Teleco

25 iyun
.

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə

30 iyun