Bağdadda Qurani-Kərimin yandırılmasına etiraz edən qrup İsveç səfirliyinə basqın edib
İraqın paytaxtı Bağdadda Quranın yandırılmasına etiraz edən bir qrup İsveç səfirliyinə basqın edib.
Sonxeber.az xəbər verir ki, Bağdaddakı İsveç səfirliyinin binasına basqın edən iraqlı qrup əvvəlcə bağçaya daxil olub, sonra binanın damına çıxıb və "Qurana bəli" şüarları səsləndirib.
İraq təhlükəsizlik qüvvələri ətrafda sıx təhlükəsizlik tədbirləri görərək hökumət binalarının və xarici nümayəndəliklərin yerləşdiyi Yaşıl Zonanı nəqliyyatın hərəkətinə bağlayıb.
Basqından əvvəl iraqlı nümayişçilər səfirlik binası qarşısına toplaşaraq etirazlarını bildiriblər.
İraqdakı şiə dini və siyasi lideri Müqtəda əs-Sədr də Qurana qarşı aksiyaya görə İsveçin Bağdaddakı səfirinin ölkədən çıxarılmasını və səfirlik qarşısında etiraz aksiyasının keçirilməsini istəyib.
Sədr Hərəkatı Nümayiş Komissiyasının liderlərinin çağırışından sonra verdiyi açıqlamada nümayişin sabah keçiriləcəyi bildirilib.
Ali Məhkəmə Şurasının sədri Faiq Zeydan Stokholmda Qurani-Kərimi yandıran iraqlının ölkəyə qaytarılması və mühakimə olunması üçün lazımi hüquqi tədbirlərin görülməsi barədə göstəriş vermişdi.
İraq Xarici İşlər Nazirliyi isə yazılı açıqlamada Qurana qarşı edilən hərəkəti pisləyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 914 Tarix: 30 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa Komissiyası Moldovaya 150 milyon avrodan çox vəsait ayırıb
Avropa Komissiyası Moldovaya islahatlarla bağlı 18 öhdəliyi yerinə yetirdikdən sonra inkişaf planı çərçivəsində ölkəyə 157 milyon avro maliyyə dəstəyi ayırıb. "Report" Moldova mediasına istinadən xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Brüsseldə keçirilə
5 oktyabrEritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi
Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə
4 oktyabrYəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı
The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb
5 oktyabrİspaniyada növbədənkənar seçki elan edildi
İspaniyanın baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının qarşısını almaq məqsədilə hazırlanan təcili qanunvericilik paketinin qəbul edilməməsindən sonra növbədənkənar seçki elan edib. The Guardian-a istinadən xəbər verir ki, səsvermənin 29 noyabrda keçirilməsi planlaşdırılır. Məlumata görə
5 oktyabrAlplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib
İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin
5 oktyabrCənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib
Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah
5 oktyabrİranda son 9 ayda 70 siyasi məhbus edam edilib
İranda bu ilin yanvar ayından etibarən, son 9 ayda azı 70 siyasi məhbus edam edilib, daha 194 nəfər ölüm cəzasına məhkum olunub. xəbər verir ki, bu barədə İranın insan hüquqları müdafiə təşkilatları bildirib. Hüquq-müdafiə təşkilatlarının və ictimai fəalların məlumatına görə, reallıqda edam edilənləri
6 oktyabr