Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMAKredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətinin keçməsi və borcun ümidsiz borc kimi balansdan çıxarılması kimi halların hər birinin fərqli hüquqi nəticələri var. Bu məsələlərdə borcalanın vəfatından sonra vərəsələrin məsuliyyəti, sığorta müqaviləsinin şərtləri və bankın tələbdən imtina edib-etməməsi də xüsusi əhəmiyyət daşıyır.

Bəs, borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətinin keçməsi və borcun ümidsiz borc kimi balansdan çıxarılması hansı hallarda kredit borcunun silinməsinə əsas yarada bilər və bu halların hər birində borcalanın və ya onun vərəsələrinin hansı hüquq və öhdəlikləri yaranır?
Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, maliyyə sferasında borcun silinəcəyinə ümid etmək geniş yayılmış yanaşma deyil, daha doğrusu, belə hallara az rast gəlinir.

"Şəxs kredit götürürsə və müqaviləni imzalayaraq borcu qaytarmaq öhdəliyini üzərinə götürürsə, həmin öhdəliyi icra etməlidir. Kreditin qaytarılmaması, ümumiyyətlə, müqavilədə nəzərdə tutulmur. Şəxs öhdəliyini tam icra etdikdə kredit bağlanmış hesab olunur. Əgər hər hansı səbəbdən ödənişlər gecikdirilir və kredit qeyri-aktiv vəziyyətə düşürsə, məsələ hüquqi müstəvidə həll olunur. Belə hallarda kreditin ödənilməsi üçün müəyyən güzəştlər verilə, faizlərin hesablanması dayandırıla və borcun qaytarılması üçün qarşılıqlı razılaşma əsasında müxtəlif çıxış yolları təklif oluna bilər".

Ekspert bildirib ki, kredit borcunun tam silinməsi və ya bağışlanması ilə bağlı isə belə hal nadir hallarda mümkündür:

"Əgər kredit şəxsin xəbəri və iradəsi olmadan saxta yolla rəsmiləşdirilibsə və bu hal sübuta yetirilirsə, həmin kredit öhdəliyinə məhkəmə qaydasında xitam verilə bilər. Bunun hansı hallarda tətbiq edilə biləcəyi isə konkret hüquqi vəziyyətdən asılıdır. Şəxs özü banka müraciət edərək kredit götürübsə, müəyyən hissəsini ödəyib, daha sonra ödənişləri dayandırıbsa, bank hüquq müstəvisində, o cümlədən məhkəməyə müraciət etməklə öz hüquqlarını qorumaq üçün tədbirlər görə bilər. Sonrakı proseslər isə məhkəmə qətnaməsinə əsasən icra olunur".

Onun sözlərinə görə, şəxs kredit götürməklə borc öhdəliyi yaranırsa, həmin öhdəliyi icra etməlidir:

"Bank kredit verdikdə onun qaytarılması üçün ödəniş cədvəli müəyyən edir və müştəriyə öhdəliyin icra müddətini bildirir. Müştəri müqavilə şərtlərini pozduqda isə məsələ hüquqi müstəvidə həll olunur. Dövlət tərəfindən qərar qəbul edilərsə, kütləvi amnistiya və ya kütləvi bağışlanma kimi hallar istisna təşkil edə bilər. Lakin vətəndaş öz istəyi ilə kredit götürübsə, tam borc öhdəliyini icra etməlidir. Belə borcun avtomatik şəkildə silinməsi və ya bağışlanması qaydası nəzərdə tutulmayıb".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 129   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

AQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək

Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub

5 oktyabr
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini

5 oktyabr
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

3 oktyabr
.

Bəzi yollarda sürət həddi bərpa olundu

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olara

5 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

4 oktyabr