Ev alanda yaşamaq icazəsi verən – 10 ÖLKƏ + MƏBLƏĞLƏR

Ev alanda yaşamaq icazəsi verən - 10 ÖLKƏ + MƏBLƏĞLƏREv alaraq kirayə vermək artıq uzun müddətdir ki, öz aktuallağını saxlayır. Hətta bəzi şəxslər bu üsulu əcnəbi ölkələrdə də həyata keçirirlər. Əksər ölkələrdə investisiya yatıran xarici vətəndaşlara əlverişli təkliflər edilir.

Belə təkliflərdən biri də əcnəbi ölkədə ev alan şəxslərə edilir. Bir neçə ölkə var ki bu ölkələrdən mənzil alınan xarici vəıtəndaşa müvəqqəti yaşamaq hüququ verilir.Qeyd edək ki belə ölkələrin sayı ilbəil artır.

Sonxeber.az fins.az-a istinadən ev alacağınız təqdirdə hansı ölkədə müvəqqəti yaşamaq hüququ veriləcək ölkələrin siyahısını təqdim edir.

Türkiyə

Türkiyədə ev alaraq yaşamaq hüququ almaq çox asandır. Cəmi 45 min avroluq ev almaqla bu ölkədə müvəqqəti yaşamaq hüququ qazana bilərsiniz. Ev aldıqdan sonra polisə müraciət edərək Türkiyədə mülkə sahib olduğunuz barədə sənədi, bank hesabından çıxarışı və vizasını təqdim edilir.

Bundan sonra Türkiyədə yaşamaq haqqında icazə sənədi verilir. İlkin icazə 6 ay müddətinə verilir. Sonra bu müddət daha iki il uzadılır. Lakin bu ölkədə müvəqqəti yaşamaq hüququ sizə digər Avropa ölkələrinə getməyə icazə vermir. Çünki Türkiyə Şenqen ölkələri sırasına qoşulmayıb.

BƏƏ

Dubayda müvəqqəti yaşamaq üçün isə 97 min avroluq ev almaq lazımdır. Amma bu hüquq 3 il müddətinə verilir. Lakin belə hallar da olur ki, 3 ildən sonra bu ölkədə evi olan şəxs yenidən BƏƏ müvəqqəti yaşamaq sənədini əldə edə bilmir.

Digər bir mənfi tərəf isə ev alanın ailə üzvlərinə müvəqqəti yaşamaq hüququnun verilməməsidir. Amma hökumət hazırda bu sahədə islahatlar aparır və qaydaların sadələşdirilməsini həyata keçirməyə çalışır.

Gürcüstan

Bu ölkədə də mülk alaraq vətəndaşlıq almaq olar. Amma siyahıda adları hallanan ölkələrdən fərqli olaraq Gürcüstanda mülk alaraq müvəqqəti yaşamaq hüququ qazanmaq daha çətindir. Gürcüstanda 35 min dollar ev alan hər bir əcnəbi vətandaş, aidiyyatı orqana vətədaşlıq almaq üçün müraciət edə bilər. Belə ki bu ölkədə evinizin olmağı hər şey demək deyil.

Bundan əlavə, iki nəfər Gürcüstan vətəndaşı da haqqınızda müsbət rəy söyləməlidir. Bundan sonra bir illik müvəqqəti yaşamaq hüquqi qazana bilərsiniz. Bu müddəti uzatmaq da olar. 5 il Gürcüstanda yaşayan, ev alan və ya öz biznesini açan, bundan başqa Gürcü dili və tarixindən uğurla keçən şəxs bu ölkənin vətəndaşı ola bilər.

İspaniya

Bu ölkədə vətəndaşlıq almaq üçün 500 min avro dəyərində ev almaq lazımdır ki, vətəndaşlıq əldə edə biləsən. Belə ki, göstərilən məbləğdə mülk alan şəxsə qızıl viza verilir. Bu viza ilə adı çəkilən ölkədə vətəndaş kimi yaşaya bilərsiz. Amma bir şərtlə ki, hər il bu ölkədə ən azı 183 gün yaşayasınız. Qeyd edək ki, 500 min avroya siz Kosta-blanka sahillərində 850 kv metr ərazisi olan malikanə ala bilərsiniz.

Latviya

Pribaltika ölkəsi Latviyada 250 min avro ödəyərək ev almaqla bu ölkədə yaşamaq hüququ əldə etmək olar. Bundan başqa əmlakın məbləğinin 5%-i qədər vergi ödənməlidir. Bundan sonra həmin şəxsə sürücülük vəsiqəsi və Latviyada işləmək imkanı verilir.

Qeyd edək ki, Latviya sürücülük vəsiqəsi ilə bütün Avropa ölkələrində avtomobil idarə etmək olar. Amma hazırda yaşamaq hüququ almaq istəyən əcnəbi vətəndaşlara qarşı xüsusi qaydaların tətbiqi hazırlanır.

Belə ki, Latviya hökuməti Rusiya vətəndaşlarına Latviyada mülk almaqla yaşamaq hüququ verilməsinə narazıdırlar. Buna görə də, yeni qanunda Rusiya vətəndaşlarına bu ölkədə mülk almağına icazə verilməyəcək. Bundan başqa əcnəbi vətəndaşların evində istənilən vaxt araşdırma aparılmasına icazə verilməsi müzakirə olunur.

Bolqarıstan

Bolqarıstanda yaşamaq hüququ qazanmaq üçün 300 min avro dəyərində ev almaqla əldə edə bilərsiniz. Qeyd edək ki, bu ölkədə mənzil almaqla siz müvəqqəti yaşamaq hüququ qazanırsınız, 5 il bu ölkədə yaşadıqdan sonra isə vətəndaşlıq hüququ qazanmış olursunuz.

Kipr

Ada ölkəsində 300 min avro dəyərində ev almaqla Kiprdə yaşamaq hüququ qazanırsınız. Lakin bir şərtlə ki, ev yeni olmalıdır. Bu, həyət evi də ola bilər və ya bina evindən mənzil də ola bilər. Amma ev almaqla hər şey bitmir.

Bundan əlavə illik gəliriniz 30 min avrodan az olmamalıdır. Həmçinin Kipr banklarının birində 30 min avro pulunuz olmalı, bundan əlavə heç vaxt məhkum olmamalı və ya istintaqa cəlb olunmamalısınız. Əks təqdirdə Kiprdə yaşamaq hüququ haqqında düşünməyə belə dəyməz.

Çexiya

2001-ci ildən Çexiya Respublikası əcnəbilərə bu ölkədə uzun müddətli yaşamaq üçün qaydaları sadələşdirib. Belə ki, 40 min avro dəyərində hətta bir otaqlı ev almaqla belə bu ölkədə yaşamaq hüququ qazanmaq olar.

Bu zaman viza kimi sənəd verilir. Bu sənədin vaxtını iki il müddətinə uzatmaq olar. 5 il bu ölkədə yaşadıqdan sonra isə polisə müraciət edərək daimi yaşamaq haqqında icazə ala bilərsiniz.

Yunanıstan

Yunanıstan bu ölkədə mənzil alanlara 5 il burada yaşamaq icazəsi verir. Alınacaq mülkün dəyəri isə 250 min avrodan az olmamalıdır. Qeyd edək ki, əmlak almaqla investisiya yatıran şəxslərin yaxın ailə üzvlərinə də bu ölkədə yaşamaq hüququ verilir.

Kosta-Rika

Bu ölkədə vətəndaşlıq almaq üçün 200 min dollara mülk almaqla bu ölkənin vətəndaşlığını əldə edə bilərsiniz. Amma bu hələ son deyil. Kosta-Rika vətədaşı olduqdan sonra asanlıqla İspaniya vətəndaşlığı ala bilərsiniz. Cəmi 4-5 ay ərzində Kosta-Rika vətəndaşları İspaniya yaşamaq üçün müvəqqəti yaşayış sənədi əldə edirlər. İki ildən sonra isə İspaniya vətandaşı olmaq hüququnu qazanırlar.

Qeyd edək ki, yuxarıda adaları sadalanan ölkələrdən başqa Litva, Panama, Malta, Portuqaliya, Böyük Britaniya, Malayziya, Qatar, Seyşel adaları, Baham adaları, Mavrikiya və İrlandiyadır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2762   Tarix: 28 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021