Ukraynalı deputat: "Kaxovka SES-in bəndinin partladılması ekoloji soyqırımı əməlidir"
"Xerson ərazisində Kaxovka SES-in bəndinin partladılması ölkəmizə qarşı törədilmiş ekoloji soyqırımı əməlidir".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) vilayətdən seçilən və hakim "Xalqın Xidmətçisi" partiyasının deputatı Pavel Pavliş deyib.
Onun sözlərinə görə, bu, təkcə Ukrayna üçün deyil, dünya üçün ciddi bir problemdir:
"Suyun geri çəkilməsindən sonra çoxsaylı dağıntılar, heyvan cəsədləri aşkar edilir. Rusiyalılar insanların və heyvanların təxliyəsi üçün heç bir iş görməyib. Bizdə ölənlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur, lakin Dneprin sol sahilində əlaqə saxlamaq mümkün olmayan şəxsləri hesablasaq, ölənlərin sayı 1000 nəfər də ola bilər. Əminik ki, ölənlərin sayı çoxdur. Buna səbəb insanların ərazidən çıxmasına icazə verilməməsi və təxliyə işinin aparılmamasıdır".
P.Pavliş qeyd edib ki, faciənin miqyasını az da olsa azaltmaq üçün epidemioloji vəziyyətə nəzarət olunmalı və laboratoriya analizləri aparılmalıdır:
"Çünki hazırda Xersonda hava çox istidir. Temperatur 37 dərəcəyə çatır. Bu isə cəsədlərin daha çox parçalanmasına, onların havaya və suya qarışmasına səbəb olur. Çaylar Qara dənizə axdığından bu ekoloji vəziyyət təkcə Ukrayna üçün təhlükə yaratmır. Buna görə də beynəlxalq yardımdan söhbət gedirsə, epidemiya yayılacağı təqdirdə daha çox insanları və heyvanları xilas etmək üçün epidemioloji vəziyyət daim yoxlanmalı və analizlər aparılmalıdır. Dneprin sağ sahilində 25 nəfər ölüb ki, onlardan ikisi uşaqdır. Daha 32 nəfər isə itkin düşmüş hesab olunur və onların da ikisi uşaqdır. Çayın sol sahili ilə bağlı rəsmi məlumat yoxdur, çünki Rusiya tərəfi beynəlxalq təşkilatları əraziyə buraxmır və bununla da cinayətlərini ört-basdır etməyə çalışır".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 940 Tarix: 01 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"
Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans
16 sentyabr 2021Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO
ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların
17 sentyabr 2021Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...
ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak
18 sentyabr 2021"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 2021Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021