Ukraynanın ATƏT-dəki nümayəndə heyəti: "Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik"
"Ukrayna genişmiqyaslı işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycanın sərhədlərinin müəyyənləşdirilməsi, onunla Ermənistan arasında uzunmüddətli münasibətlərin yaradılması prosesini və ümumilikdə Cənubi Qafqazda sülhü bərqərar edə biləcək prosesi dəstəkləyir".
Bunu Ukraynanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Nikita Poturayev Vankuverdə ATƏT Parlament Assambleyasının (PA) Daimi Komitəsinin iclasında deyib.
O, ATƏT PA-nın növbəti iclasının payızda İrəvanda keçirilməsi təklifindən danışaraq, bunun Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfə verə biləcəyini qeyd edib. "Biz ATƏT-in iki ölkə arasında uzunmüddətli sülhün bərqərar olunmasındakı rolunu dəstəkləyirik və bunu yüksək qiymətləndiririk".
Lakin nümayəndə heyətinin rəhbəri növbəti iclasın yeri ilə bağlı narahatlığını da ifadə edib: "İrəvanda keçiriləcək iclasda iştirak məsələsinə baxacağıq. Birincisi, Rusiya və Belarusun təmsilçilərinin olduğu tədbirdə iştirakımızı təsəvvür etmək çətindir. İkincisi, belə bir görüşdə Ukrayna nümayəndə heyətinin üzvlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsi üzərində düşünməliyik".
Xatırladaq ki, dünən Kanadanın Vankuver şəhərində ATƏT Parlament Assambleyasının iyulun 4-dək davam edəcək 30-cu illik sessiyası işə başlayıb. İclasda Milli Məclisin deputatları Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev iştirak edirlər.
Report.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1118 Tarix: 01 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"
Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans
16 sentyabr 2021Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO
ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların
17 sentyabr 2021Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...
ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak
18 sentyabr 2021"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 2021Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021