Qəbələdə selə görə təhlükəli vəziyyətdə qalan beş nəfər xilas edilib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayon Laza kəndi ərazisində vətəndaşların çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində Dəmiraparan çayına sel gəlməsi səbəbindən Laza kəndi, Tala adlanan ərazidə istirahətdə olan vətəndaşlar təhlükəli vəziyyətdə qalıblar.
Xilasedicilər xilasetmə vasitələrindən, o cümlədən alpinist avadanlıqlarından istifadə etməklə unikal xilasetmə əməliyyatı həyata keçirərək çay üzərində xüsusi xilasetmə keçidi qurub təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1987-ci il təvəllüdlü Orxan Qurban oğlu Hüseynov, 1988-ci il təvəllüdlü Elşən Eynulla oğlu Abbasov, 1989-cu il təvəllüdlü Elşən Elxan oğlu Şabıyev, 1990-cı il təvəllüdlü Şakir Akif oğlu Şirvanzadə və 1990-cı il təvəllüdlü Pünhan Sübhan oğlu Əsədovu çayın üzərindən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1090 Tarix: 02 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyadan Zelenskinin danışıqlar üçün Bakı təklifinə REAKSİYA
"Rusiya ABŞ və Ukrayna ilə Azərbaycanda danışıqlara razılıq verə bilər". xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov "Podyom" nəşrinə verdiyi müsahibədə deyib. Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelensk
25 aprelSahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEO
Son illər Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur. Baku TV-nin məlumatına görə, Coğrafiya elmləri doktoru Əmir Əliyev bildirib ki, Xəzərdə suyun artıb-azalması onun "həyatının" əsas göstəricisidir. Onun sözlərinə görə, dənizin su balansı əsasən daxil olan və çıxan suların nisbətində
26 aprelAZAL Naxçıvana səyahət planlayan sərnişinlərə müraciət etdi
Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin may ayında bayram və tətil günlərində Naxçıvana səfər etməyi planlaşdıran sərnişinlərə biletlərini əvvəlcədən əldə etməyi tövsiyə edir. Bu barədə -a AZAL-dan bildirilib. Bayram günləri ilə əlaqədar olaraq 9-11 və 27-31 may 2026-cı il tarixlərində Bakı-Naxçıvan-Bak
24 aprelGöyçayda marketdə yanğın - Video
Göyçay şəhərində yerləşən marketdə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində marketi
25 aprelAzərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu
Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 (altmış) manat müəyyən edilib. Xatırladaq ki, bu il yanvarın 15-də Preziden
24 aprelDepressiya ilə adi kefsizliyin fərqi nədir? - AÇIQLAMA
Müasir dövrdə "depressiyadayam" ifadəsi gündəlik danışıq dilində tez-tez işlədilir. Lakin bir çox hallarda insanlar əslində qısa müddətli kefsizliklə klinik depressiyanı bir-birinə qarışdırır. Bəs görəsən bu iki vəziyyət arasındakı fərqlər nələrdir? . Psixoloq G.Qədirli bu barədə -a açıqlam
24 aprel