Azərbaycan asayişinin fədakar təminatçısı: 105 il mübariz keşikdə

Azərbaycan asayişinin fədakar təminatçısı: 105 il mübariz keşikdəBu gün - iyulun 2-i Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü qeyd edilir.

Bu müddət ərzində polis işçilərimiz Azərbaycan dövlətçiliyinin qorunması istiqamətində misilsiz işlər görüblər. Vətəndaşların təhlükəsizliyinin təmin olunmasından tutmuş asayişin qorunmasına, cinayətkarlıqla, narkotik vasitələrlə mübarizəyə qədər ən müxtəlif aspektlərdə görülmüş işləri saymaqla bitirmək olmaz.

Müstəqilliyimizin ilk illərində, yəni 1918-1920-ci illərdə ölkədə sabitlik hələ təmin olunmamışdı. Şübhəsiz, bu, tamamilə təbi idi. Bir çox dövlətlərin ilk müstəqillik illərində oxşar çətinliklər olub. Amma həmin ölkələrin heç də hamısı bu problemlərin öhdəsindən layiqincə gəlməyi bacarmayıb.

Xüsusilə qeyd edək ki, müstəqilliyimizin ilk illərində dövlətimizin təhlükəsizliyinin təmin edilməsində Azərbaycan polisi çox ciddi iş görüb. Məhz bunun nəticəsində ölkəmiz gələcəyə doğru daha inamlı addımlar atdı. Sonrakı mərhələdə - SSRİ dövründə də Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar öz peşəkarlığı ilə daim seçildi. Asayiş keşikçilərimiz vəzifələrinin öhdəsindən layiqincə gəliblər.

Eyni fəaliyyət XX əsrin sonlarında, Azərbaycan tarixinin xüsusi mərhələsi hesab edilən Birinci Qarabağ müharibəsi dövründə də özünü göstərdi. Belə ki, savaş ərzində hərbçilərimizlə yanaşı, polislərimiz də daim ön cəbhədə oldular. Döyüşlər nəticəsində ümumilikdə 1 700-ə yaxın polis şəhid oldu. Təkcə bu fakt onu deməyə əsas verir ki, polislərimiz lazım gələndə ön cəbhədə də olur, sərhədçilərimizlə, hərbçilərimizlə birlikdə sinələrini düşmənə sipər etməyə hazırdır.

Azərbaycan polisinin fədakarlığı daim yüksək qiymətləndirilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətinin daim diqqətdə saxlanılıb. Polis əməkdaşlarının əməyinə də ən böyük dəyər məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1998-ci ildə Ümummilli Liderin imzaladığı fərmanla 2 iyul Azərbaycan Polis Günü elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bir çox sahələrdə olduğu kimi, polis əməkdaşlarına münasibətdə də Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalıb. Belə ki, dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində polis əməkdaşlarımızın rifahını daim diqqətdə saxlayıb, asayis keşikçilərimizin texniki təchizatının, sosial təminatının yaxşılaşdırılması üçün müvafiq addımlar atılıb.

Polislərimiz dövlət rəhbərliyinin onlara göstərdiyi etimadı daim doğrultmağa çalışıb. Bunun ən bariz nümunəsi kimi onların koronavirus pandemiyası dövründəki fəaliyyətini qeyd edə bilərik. Şübhəsiz, Azərbaycan polisi pandemiya zamanı üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdi. Prezident İlham Əliyev həmin vaxt polislərimizin fəaliyyəti barədə bunları demişdi: "Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq. Pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək. Bu, bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır".

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları şücaətlərini Vətən Müharibəsində bir daha nümayiş etdirdilər. 44 günlük müharibədə Daxili Qoşunların 66 əməkdaşı şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Daxili Qoşunların əməkdaşlarından 1 690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Bir sözlə, motivinin, səbəbinin nə olmasından asılı olmayaraq Azərbaycan polisi bütün cinayətlərə qarşı uğurlu mübarizə aparır. Məhz bunun nəticəsidir ki, statistik göstəricilər baxımından, Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, bir sıra aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir. Belə ki, ölkəmizin kriminal indeksi Litva, İspaniya, Macarıstan kimi Avropa İttifaqı ölkələrindən daha aşağıdır.

Ötən il Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 89,7%-i açılıb.

Ağır və xüsusilə ağır cinayətlərin 85,3%-i, şəxsiyyət əleyhinə qanun pozuntularının 98,2%-i açılıb.

Bütün bunlar Azərbaycan polisinin uğurudur. Sabah onların günüdür. Yenə də xidmət başında - yolda, təhlükəli əməliyyatlarda, naryadlarda olacaqlar. Onlar üçün belə xüsusi günlər, demək olar ki, yoxdur, çünki polislərimiz ölkədəki asayişin onurğa sütunudur.

Report.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1467   Tarix: 02 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr