Travmatologiya İnstitutunun direktoru iki bacıya niyə qənim kəsilib - VİDEO

Travmatologiya İnstitutunun direktoru iki bacıya niyə qənim kəsilib - VİDEO13 ildir Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb bacısı kimi çalışan Mikayılova Lalə Ayaz qızı Azinforum.az İnformasiya Portalına videomüraciət formasında şikayət edib.

O, bildirib ki, may ayının 13-də gecə növbəsindən çıxıb, növbəni təhvil verərkən İnstitutun rəhbərliyi tərəfindən onun dolabında axtarış aparılıb. Belə qərara gəlinib ki, tibb bacısı özünə məxsus dolabda lazımsız tibbi preparatlar və dərmanlar saxlayır. Bunun əsas gətirərək Mikayılova Lalə töhmətlə cəzalandırıb, işlədiyi "Travma" şöbəsinin gecə növbəsindən, "Ortopediya" şöbəsinin gündüz növbəsinə keçirilib. Şikayətçi bununla razılaşmır və bildirir ki, onlara qarşı bütün bu təzyiqlər Əkbərov Şahin Bəylər oğlunun İnstituta direktor təyinatından sonra başlayıb: "Çünki biz onun bir çox qanunsuz göstərişlərini yerinə yetirmirdik. Əgər mən oğurluq etmişəmsə, niyə bu barədə polisə məlumat verilməyib? Mən 13 ildir qüsursuz xidmət etmişəm. Pandemiya və 44 günlük müharibə zamanı var gücümlə çalışmışam. Ölkə rəhbərliyindən xahiş edirəm ki, Şahin Əkbərovun bu özbaşınalığına son qoyulmasına göstəriş versinlər".

Qeyd edək ki, eyni aqibəti 10 ildir həmin İnstitutda işləyən şikayətçinin doğma bacısı Bayramova Jalə Ayaz qızı da yaşayıb. İnstitut rəhbərliyi onu da işlədiyi şöbədən digərinə, gecədən gündüz növbəsinə keçirib. Şikayətçi bacılar barələrində atılan bu addımın şəxsi prinsipdən qaynaqlandığımı deyirlər.

Səslənən ittihamlarla bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Şahin Əkbərovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, bacılarıla bağlı görülən tədbirin əsaslı səbəbi olub: "Onların dolabında lazımsız tibbi ləvazimatlar aşkarlanıb. Həmin dəriman və ləvazimatlar orada saxlana bilməzdi. Bütün bu hallar şöbənin müdiri və digər əməkdaşların iştirakı ilə sənədləşdirilib. Onlarla hətta humanizm çərçivəsində davranılaraq, eyni əmək haqqı ilə başqa şöbəyə işə keçiriliblər. Gedib hər yerə şikayət edirlər. Hamısına da cavablar vermişik. Biz heç bir qanunsuzluq etməmişik".

Redaksiyadan: Hər iki tərəfi dinlədikən sonra ortaya maraqlı detallar çıxır. İnstitut rəhbərliyinin imzası ilə verilən rəsmi əmrdə yazılıb ki, tibb bacıları əmək fəaliyyətlərini lazımınca yerinə yetirə bilməyiblər, xəstələrlə bağlı təyinatdan kənar olan müalicələr aparıblar, öz dolablarında qadağan olunan tibbi ləvazimatlar saxlayıblar. Bu əmrin doğruluğuna inansaq, onda sual olunur: niyə Şahin həkim bu bacıların işdən azad edilməsi ilə bağlı qərar verməyib? Onları başqa şöbəyə keçirməklə, bacıların əməllərini orda da davam etdilməsini istəyir? Dolabda xəstəxanadan oğurlanan dərmanlar aşkar edilibsə, niyə bu barədə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edilməyib? Bütün bunları təhlil edəndə, maraqlı qənaət hasil olur. Görünən budur ki, tərəflər arasında duran ziddiyyətin kökləri daha dərindir və rəsmiləşdirilən müddəalar formal xarakter daşıyır. Məhz bu səbəbdən də direktor bacılarla yollarını əbədi ayırmaqdan ehtiyat edir. Məhz buna görə də, bu halın araşdırılmasını İnstutut rəhbərliyinin öhdəsinə buraxmaq olmaz. Mütləq mənada, Səhiyyə Nazirliyi və əlaqədar hüquq-mühafizə qurumları həmin İnstututda bu halın araşdırılmasına başlamalıdır. Uzun illər həmin İnstutuda çalışan iki bacının eyni vaxtda, eyni ittihamla cəzalandırılması maraqlı suallar doğurur. Direktorun bu bacılarla bölüşə bilmədiyi nədir ki, əvvələr çox yaxşı münasibətləri olduğu, hətta dəfələrlə yaxşı xidmətlərinə görə təltif etdiyi işçilərə indi verilən töhməti İnstitutun "Şərəf Löhvəsi"- ndən asmağı zəruri bildi? Niyə direktor tibb bacılarının nöqsanlarını məhz 13 ildən sonra görüb, onları cəzalandırmaq qərarına gəldi?

Travmatologiya İnstitutunun direktoru iki bacıya niyə qənim kəsilib - VİDEOTravmatologiya İnstitutunun direktoru iki bacıya niyə qənim kəsilib - VİDEOTravmatologiya İnstitutunun direktoru iki bacıya niyə qənim kəsilib - VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3314   Tarix: 03 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr