Ramiz Mehdiyevin kürəkəni zorla ələ keçirdiyi torpağı 18 milyona satışa çıxardı

Ramiz Mehdiyevin kürəkəni zorla ələ keçirdiyi torpağı 18 milyona satışa çıxardı"Ramiz Mehdiyevin qızının əri tərəfindən zor tətbiq etməklə və məhkəmələrə təzyiqlər göstərməklə əlimizdən aldığı, Nizami rayonu ərazisində, "Neolit" restoranının yanında yerləşən torpaq sahəsini 18 milyon manata satışa çıxarıb".

Sonxeber.az xəbər verir ki, bu haqda tanınmış hüquqşünas Əliabbas Yasavullu feysbuk səhifəsində qeyd edib.

Hüquqşünas paylaşımında yazır:

"18 milyon manata…

Ramiz Mehdiyevə olan sonuncu – 29.06.2021-ci il tarixli müraciətimdən…

"…Hörmətli Ramiz müəllim!

Bütün baş verənlərdən sonra belə, 23 iyun 2021-ci il tarixli teleqramla "Bir ağsaqqal kimi Sizə müraciət edərək qızınızın həyat yoldaşı – İlham Əliyevlə aramızda olan torpaq mübahisəsinin sülh yolu ilə həllində köməklik göstərməyinizi və bununla əlaqədar məni şəxsən qəbul etməyinizi xahiş etdim.

Lakin 25.06.2021-ci il tarixdə, saat 12:53-də istifadəsində olan (055) 253-03-xx nömrəli telefon vasitəsi ilə istifadəmdəki (055)-317-50-xx nömrəli telefon nömrəsinə zəng edən şəxs özünü Sizin kürəkəniniz – İlham kimi təqdim etdi. Sizi narahat etdiyimə görə kəskin iradını bildirdi, torpağı "vicdanlı alıcı kimi" qanuni yollarla əldə etdiyini və məhkəmələrin bu barədə müvafiq qərarlarının olduğunu bildirsə də, dediklərinin tam yalan olduğunu ona göstərmək istəyimlə bağlı təklifimə yox cavabını verdi. Mənimlə görüşməmiş və təhdidlə yanaşı, bir daha onu narahat etməməyimi tələb etdi.

Bir daha bildirmək istəyirəm ki, həmin torpaq sahəsi məhkəmələrdə kürəkəniniz tərəfindən məhz Sizin adınızdan istifadə edilməklə qanunsuz yollarla mənimsənilsə də, mübahisə ictimailəşdirildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə Ağayeva Kamilə Şirəli qızının adında saxlanılmış və bundan sonra isə nə baş verdiyindən surəti həm Sizə, həmçinin aidiyyəti orqanlara olmaqla, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanlanmış 09.12.2011-ci il tarixli, 01.09/019-Ş.R saylı müraciətimdə dolğun məlumat vermişdim. Həmin müraciətdə göstərmişdim ki:
"…Ramiz Mehdiyevlə bağlı olaraq bildirmək istəyirəm ki, onun bandyuqa kürəkəni "məhkəmələr" vasitəsilə əmlakımızı əlimizdən alaraq 21 aprel 2007-ci il tarixdə anası – Əliyeva Elmira Hacıbala qızının adına sənədləşdirib. Həmin işlə bağlı bandyuqa kürəkən bizim geri çəkilməyəcəyimizdən əmin olduqdan sonra torpaq sahəsi adına olmuş Ağayeva Kamilə Şirəli qızını oğurlatdırıb, onu 3 gün saxlatdırdıqdan sonra notarius vasitəsilə əmlakından imtina barədə ərizə yazdırmağa nail olmaqla yanaşı, tərəfindən hətta zorlanması ilə bağlı şikayət ərizəsi yazdırmağa belə cəhd göstərib…

Onun bu kimi qanunsuz əməllərindən sonra belə, müvafiq məhkəmə qərarı ilə həmin torpaq sahəsinin mənim adıma keçirilməsinə və həmin qərarın da bu günə kimi qanuni qüvvəsində olmasına baxmayaraq, "Gilan" kiçik müəssisəsinin adını "Ruzu-A" MMC-yə dəyşdirməklə və həmin MMC-nin adına reyestrdən çıxarış almaqla yəqin düşünüblər ki, törətdikləri cinayətləri tam şəkildə ört-basdır etməyə nail olublar.

Mən heç kəsin it-pişiyinə daş atmadım, çəpərini yarıb bağından oğurluq etmədim, hinindəki toyuq-cücəsinə kış demədim, mənə qarşı olan pisliklərə cavab olaraq da hər zaman insanlığımı nümayiş etdirdim və nəyinsə əlimdən zorla alınmasını isə mümkünsüz olduğunu bildirdim…"

Hüquqşünas qeyd edib ki, bununla bağlı baş prokurora müvafiq məlumatlar verilib və hesab edir ki, hazırda qanunsuz alqı-satqının aparılmasına qədər onun da düşünməyə zamanı var.//Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2811   Tarix: 03 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr