İran və Sudan xarici işlər nazirləri son 7 ildə ilk dəfə Bakıda görüşdülər
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Sudan xarici işlər nazirinin müavini Əli əs-Sadiq Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısında iştirak etmək üçün Bakıda görüşüblər.
Sonxeber.az xəbər verir ki, İran və Sudan xarici işlər nazirləri son 7 ildə ilk dəfə Bakı Konqres Mərkəzində görüşüblər.
Nazirlər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yaxşılaşdırılması və anlaşılmazlıqların aradan qaldırılması çərçivəsində fikir mübadiləsi aparıblar.
Sözügedən təmas 7 ildən sonra iki ölkə arasında bu səviyyədə ilk diplomatik təmas hesab edilir.
2016-cı ildə Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfəri "terrorçuluq" ittihamı ilə edam etməsi İranda böyük əks-səda doğurmuşdu. Ölkədə etiraz aksiyaları keçirilib, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluq binasına hücumlar təşkil edilib.
Bunun üzərinə Səudiyyə Ərəbistanı, Bəhreyn və Sudan İranla diplomatik əlaqələrini kəsib, Birləşmiş Ərəb Əmirlikləri isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib. Küveyt səfirini geri çağıraraq İrana qarşı diplomatik hücuma keçən 5-ci ölkə oldu.
Səudiyyə Ərəbistanı ilə İranın mart ayında Çinin vasitəçiliyi ilə diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəlməsindən sonra İranla bölgədəki ərəb ölkələri arasında buzlar əriməyə başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb