Şirkətlə məcburi köçkünlər arasında qalmaqal: Altı ailə niyə köçmək istəmir? - AÇIQLAMA

Şirkətlə məcburi köçkünlər arasında qalmaqal: Altı ailə niyə köçmək istəmir? - AÇIQLAMABakıda şirkət aldığı kompleksdə yaşayan bir qrup keçmiş məcburi köçkün ailəsi ilə razılığa gələ bilmir.

Bu barədə Oxu.Az-a şikayətçi "SAS 2015" mənzil-tikinti kooperativinin rəhbərliyi müraciət edib.

Şirkət rəsmisi iddia edir ki, bir qrup məcburi köçkün ailəsi "SAS 2015" MTK-ya məxsus kompleksdən çıxmaq istəmir:

"Bu səbəbdən də MTK ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında razılaşma əldə edilib. Mövcud olan razılaşmaya görə, Dövlət Komitəsi tərəfindən altı ailə və onların ailə üzvləri üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş "Qobu Park-3" yaşayış kompleksində mənzillər ayrılıb.

Mülkiyyət hüququ ilə "SAS 2015" MTK-ya məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 518 saylı ünvanda yerləşən 0,4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050,1 kvadratmetrlik kompleksin həmin məcburi köçkün ailələri tərəfindən boşaldılması ilə bağlı Abşeron Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alıb və icra mərhələsindədir. Məhkəmə instansiyaları qərar qəbul edərkən həmin şəxslərin dövlət tərəfindən mənzillərlə təmin olunduqlarını əsas götürüblər. Lakin qeyd olunan mənzillərdə başqa şəxslər yaşayırlar. Bu nə deməkdir?

Tərəfimizdən məcburi köçkün ailələrinə ayrılmış mənzillərə baxış keçirilib və müəyyən olunub ki, qeyd olunan mənzillərdə başqa şəxslər yaşayırlar. Bu hal da qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını mümkünsüz edir. Nəzərə alsaq ki, qətnamə dövlətin adından çıxarılır və icrası məcburidir, belə olan halda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məhkəmənin gedişatında sözügedən məcburi köçkün ailələrinin mənzillərlə təmin olunmaları ilə bağlı məktub verməsi, məhkəmənin həmin sübutu nəzərə alaraq iddianı təmin etməsi və həmin qətnamə qanuni qüvvəsini alandan sonra razılaşmanın pozulması, mənzillərin başqa şəxslərə veriləcəyi ilə bağlı məlumat tərəfimizdən başadüşülən deyil.
Komitənin məsul şəxslərinin qeyd olunan qanunsuz hərəkətləri Cinayət Məcəlləsinin (CM) 308-ci maddəsinin tərkibini yaradır. İlk olaraq bununla bağlı sizə müraciət edirik. Əgər, həqiqətən, bizim razılaşmamız pozularaq məcburi köçkün ailələrinə ayrılmış mənzillər başqa şəxslərə verilibsə və həmin mənzillər boşaldılmayacaqsa, bununla bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət olunacaq".

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində, "Köhnə statistika" deyilən ərazidə məskunlaşmış məcburi köçkünlər 2018-ci ilin dekabr ayında Sumqayıt şəhəri 12-ci mikrorayon və Abşeron rayonu ərazisində yeni istifadəyə verilmiş yaşayış kompleksində yeni mənzillərlə təmin ediliblər:

"Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin köçürülməsi mövcud normativ hüquqi aktlara uyğun olaraq, könüllü şəkildə aparılıb. Adıçəkilən ünvanın köçürülməsi zamanı doqquz məcburi köçkün ailəsi müvəqqəti yaşayış sahəsində qalmaq istədiyini qeyd edərək, köçməkdən imtina edib. Daha sonra həmin şəxslərə ailə tərkibinə uyğun olaraq, "Qobu Park-3" yaşayış kompleksində mənzillər verilib. Ailələrdən üçü köçüb, digər ailələr isə yenidən yeni mənzillərə köçməkdən imtina ediblər. Diqqətinizə çatdırırıq ki, xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin şərtlərinə əsasən, mənzillə təmin edilmiş şəxslər yaşayış sahəsində fasiləsiz olaraq üç aydan artıq müddətdə yaşamadıqda və ya köçməkdən imtina etdikdə verilmiş mənzil geri alınaraq ehtiyacı olan digər şəxslərə verilir. Xırdalan şəhərində, "Köhnə statistika" deyilən ərazidə məskunlaşmış altı məcburi köçkün ailəsi verilmiş mənzillərə köçmədiklərindən boş qalan mənzillərə ağır şəraitdə yaşayan digər məcburi köçkün ailələri köçürülüblər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1275   Tarix: 10 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr