"Vesta Construction"dan pulunu ala bilməyən qazilər Vilayət Eyvazova müraciət etdilər
"Vesta Construction" şirkəti uzun müddətdir ki, qazilərə olan borcunu qaytarmır. Vətən üçün canlarını od-alova atmış Qarabağ müharibəsinin veteranlarına hərtərəfli dəstək olmaq, onlara borcu artıqlaması ilə qaytarmaq əvəzinə, şirkət verməli olduğu 61 min manatı da qaytarmır.
Sonxeber.az-a xəbər verir ki, anaxeber.info vasitəsi ilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən qazilər şirkətlə bağlı addım atılmasını xahiş ediblər. Onların sözlərinə görə, şirkət rəhbərliyi hər dəfə vəd verərək vaxt udmağa çalışır, amma ortalıqda nəticə yoxdur. Qazilər nazirə müraciətdə qeyd ediblər ki, onların işi beton istehsalıdır. "Biz Bakının Suraxanı rayonu ərazisində fəaliyyət göstəririk. Bu şirkət bizdən beton alıb, amma pulunu indiyə qədər ödəməyib".
Qazilərin sözlərinə görə, şirkət sahibi onları yola verir və süründürür. Şikayətçilər xahiş ediblər ki, 61 min manatın qaytarılması ilə bağlı polis hərəkətə keçərsə, bu işin nəticəsi ola bilər. "Söhbət 600 manatdan getmir ki, göz yumaq, 61 min manat dəyərində beton alınıb, pulu verilmir. Biz dərdimizi kimə deyək, bu şirkət heç kəsi saymır. Həmin vəsait sağlamlığını itirmiş qaziləri, Qarabağ müharibəsi əlillərinin haqqıdır. Belə özbaşınalıq, dələduzluq olmaz. Ona görə cənab nazirdən xahiş edirik ki, səsimizə səs versin. Biz qazancımızla qazilərimizin dava-dərman, müalicə xərclərinə kömək oluruq. Bu haqsızlığı Allah götürməz. Qazinin haqqını yemək ən böyük günahlardan biridir. Həmin şirkət isə heç bir şikayətə, müraciətə reaksiya vermir. Cənab Vilayət Eyvazov, sizə inanırıq və bu xahişimizə daxili işlər orqanlarından cavab gələcəyinə ümid edirik".
Həsənov İlham Bəşir oğlu 070 421 31 41
Həziyev Ramiz Mərdan oğlu 070 732 19 68
Ağakişiyev Akif Xankişi oğlu 050 302 32 72
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2549 Tarix: 10 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabr