"Gənc başçı İmanovların göstərişi ilə oturub-durur"- Şok iddia

"Gənc başçı İmanovların göstərişi ilə oturub-durur"- Şok iddia"Başçı özü ilə bərabər daha iki nəfəri rayona gətirib. Bir nəfər sürücü, bir nəfər də köməkçi. Rayonu da az qala onlar idarə edirlər".

Lerikdən olan şikayətçilər Jamaz.info-ya belə deyiblər. Onların sözlərinə görə, başçının köməkçi Rauf Vahabzadə demək olar ki, rayonun bütün imkanlı adamlarını "tanıyır". Şikayətçilər iddia edirlər ki, London təhsilli yeni başçı Əkbər Abbasov gözləntləri doğrultmayıb, əksinə, indi o, rayonun özünü nüfuzlu elan etmiş İmanovların Rayon Maliyyə İdarəsin müdiri Hafiz İmanovun göstərişi ilə oturub-durur, məhz onun xeyir-duası ilə vəzifələr paylayır:

"Cəmiyyətdə və yoldaşlar arasında nə sözünü, nə də davranışını bilən Rauf Vahabzadə öz səviyyəsində olan uşaqları başına yığıb icra başçısını da aldadır. Bu iyrənc hərəkətlər artıq insanlarda qıcıq yaradır".

Leriklilər qeyd edirlər ki, icra başçısı ilə maliyə idarəsinin müdiri Hafiz İmanovun qardaşı Heybət İmanov arasında dostluq əlaqələri var. Heybət İmanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyir. O, Əkbər Abbasovun Şamaxı regional idarəsinin müdiri olan qardaşını himayə edir. Əvəzində, Hafiz İmanov da Lerikdə Əkbər Abbasov üçün "ağsaqqallıq" edir, əksinə, bununla da onu uçuruma aparır:

"Onu da qeyd edək ki, Hafiz İmanov sovetdən qalma saxtakardır. 30 ildən artıqdır ki, rayonun büdcəsini yeyib talayır. Əvvəl həmin idarədə baş mühasib, sonra isə müdir işləyir. Doğma yeznəsi, yəni qızının əri Ramal Məstiyev də Rayon İcra Hakimiyyətinin Lerik Şəhər İnzibati Ərazi dairəsinin nümayəndəsidir. Hafiz pulu ona köçürür, o da yavaş-yavaş xırdalayır. Rayon İcra Hakimiyyətinin baş mühasibi Asiman Tağızadə də Rauf Vahabzadə ilə məsləhətləşərək rayonun abadlığı üçün ayrılmış pulları xərcləyir. Bu təcrübəsiz və vəzifə üçün bişməyən icra başçısı və köməkçi axır başa düşər ki, onu lerikli "məmur qurdlar" necə aldadıblar".

"İcra başçısı bu günə qədər hələ heç bir iş görməyib. Ancaq yerlərdə əhali ilə saxta görüşlər keçirir, yalan vədlər verir, kombayna oturub güya kombayn sürür, özünü reklam edir və vaxt qazanır. Daha başa düşmür ki, əhalinin səbr kasası dolandan sonra, o, əhaliyə hesabat verməlidir", – deyə şikayətçilər bildirir.

Şikayətçilər onu da deyir ki, icra başçısı İcra Hakimiyyətində çalışan təcrübəli şəxslərə də imkan vermir, uzun illər bu strukturda çalışan məmurları təcrübəsiz məmurlar vasitəsilə sıxışdırır: "Faktiki Lerik bir neçə ac qurdun və təcrübəsiz uşağın əlinə qalıb".

"Jamaz" icra başçısı Əkbər Abbasov və adıçəkilən şəxslərdən mövqe öyrənə bilməyib.

Qarşı tərəf mövqe bildirə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3422   Tarix: 10 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr