Gəncə Gənclər Evində şübhəli satınalmalar - Qalib elan edilən "ailə podratı" kimindir?

Gəncə Gənclər Evində şübhəli satınalmalar - Qalib elan edilən "ailə podratı" kimindir?Gəncə Gənclər Evi Sosial Xidmətlər Mərkəzi (SXM) 2022-ci ilin may ayının 12-dən 2023-cü ilin may ayının 3-dək dörd lot üzrə satınalma keçirib.

Sonxeber.az xəbər verir ki, bu satınalmaların ümumi məbləği 72.032 manat təşkil edib.

Gəncə Gənclər Evinin 2022-ci ilin may ayının 12-də sifrişçi olduğu "tədbirlər" lotu üzrə satınalmanın məbləği 28.394 manat təşkil edib. Bu satınalamda fiziki şəxs Daşdəmirova Vüsalə Nizaməddin qızı qalib elan edilib.

Gəncə Gənclər Evinin sifarişçi olduğu növbəti satınalmaya 2022-ci ilin may ayının 18-də yekun vurulub. "Dəftərxana və təsərrüfat malları" lotu üzrə keçirilən bu satınalmanın məbləği 9.407 manat, qalibi isə "Eltun 2006" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"Eltun 2006" MMC 2018-ci ilin may ayının 2-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Samux rayonu, Kolayır kəndi, qanuni təmsilçisi isə altı gün öncə Gəncə Gənclər Evinin sifarişçi olduğu digər satınalmasında fiziki şəxs qismində qalib elan edilən Daşdəmirova Vüsalə Nizaməddin qızıdır.

Gənclər Evinin növbəti satınalması 2022-ci ilin iyul ayının 7-də keçirilib. "Dəxtərxana və təsərrüfat mallarının satınalınması" lotu üzrə keçirlən bu satınalmanın məbləği 9.440 manat, qalibi isə "ASIYA080" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"ASIYA080" MMC 2022-ci ilin fevral ayının 18-də təsis edilib. Şirkətin hüquqi ünvanı Ucar şəhəri, Ş Qurbanov ev 37, qanuni təmsilçisi isə Mahmudov Rəfail Mahmud oğludur.

Gəncə Gənclər Evi son satınalmaya cari ilin may ayının 3-də yekun vurub. "İstehlakyönlü xidmətlərin (tədbirlərin) satınalınması" lotu üzrə keçirilən satınalmanın məbləği 24.791 manat olub. Satınalmada "FATİMƏ M" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"FATİMƏ M" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin oktyabr ayının 18-də dövlət qeydiyyatına alınıb. Bu MMC-nin hüquqi ünvanı Ucar şəhəri, Ş Qurbanov ev 11, qanuni təmsilçisi isə Mahmudov Orxan Rafail oğludur.

Orxan Mahmudov Gəncə Gənclər Evinin 2022-ci ilin iyul ayının 7-də yekun vurduğu satınalmada qalib elan edilən "ASIYA080" MMC-nin qanuni təmsilçisi Rafail Mahmudovun oğludur.

Hər üç MMC-nin fəaliyyət profili, faktiki ünvanı, əlaqə telefonu barədə açıq internet resurslarında məlumat yoxdur.

Fəaliyyət profilləri barədə heç bir məlumat olmayan, qanuni təmsilçilərini qohumluq əlaqələri birləşdirən MMC-lərin hansı meyarlara əsasən 2 il ardıcıl olaraq Gəncə Gənclər Evinin sifarişçi olduğu satınalmalarda qalib elan edilmələri ortaya bir sıra suallar çıxarır.

Amil Qurbanov, Gəncə Gənclər Evi SXM-nin direktoru

Qlobal.az məsələ ilə bağlı Gəncə Gənclər Evi Sosial Xidmətlər Mərkəzindən mövqe öyrənib.

Gəncə Gənclər Evi SXM-nin direktoru Amil Qurbanovun açıqlamasında deyilir: "Bildiririk ki, 2022-2023-cü illərdə Gəncə Gənclər Evi tərəfindən kotirovka sorğusu üçün elan verilmişdir. Elan nəticəsində müraciət edən təşkilatların ən aşağı qiymət təklif edəni seçib Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinə göndəririk. Nəticə etibarı ilə təsdiqlənir və sənəd olaraq bizə göndərilir. Qeyd: Elan müddətində istənilən təşkilat sorğuda rahat şəkildə iştirak edə bilər və bütün müraciətlər ( qohumluq əlaqəsi necə olur olsun ) sistem tərəfindən təsdiqlənir. Bildiyininz kimi elan verən təşkilat elanın vaxtı bitənə qədər heç bir təklifi görə bilmir və müdaxilə edə bilmir. Qanunvericiliyə əsasən bir ünvanda fərqli təşkilatlar və yaxudda qohumluq dərəcəsi necə olursa olsun təşkilat qeydiyyatdan keçirə bilər və müstəqil şəkildə kotirovka sorğusunda iştirak edə bilər. Bunları araşdırmaq bizim vəzifəmiz deyil. Hər hansı problem olduğunda sistem tərəfindən qəbul edilmir. Beləliklə bildirmək istəyirik ki, sorğuda istənilən təşkilatın iştirakı müstəqildir. Hər iki ildə müraciət edən üç təşkilat yetərsay olduğu üçün aşağı qiymət göstərən birini seçirik və əlavə təşkilatların müraciətlərinin qarşısını ala bilmirik. Yəni digər təşkilatlar sorğuda iştirak edə bilərlər. Əlavə olaraq qeyd edim ki, təşkilatlardan biri narazı olduğu halda satınalmalara müraciət edib nəticələri ləğv etdirə bilir".

Qeyd edək ki, Gəncə Gənclər Evi Sosial Xidmətlər Mərkəzi Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərir./Qlobal.az
Gəncə Gənclər Evində şübhəli satınalmalar - Qalib elan edilən "ailə podratı" kimindir?Gəncə Gənclər Evində şübhəli satınalmalar - Qalib elan edilən "ailə podratı" kimindir?Gəncə Gənclər Evində şübhəli satınalmalar - Qalib elan edilən "ailə podratı" kimindir?Gəncə Gənclər Evində şübhəli satınalmalar - Qalib elan edilən "ailə podratı" kimindir?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1377   Tarix: 10 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr