"Medera" hospitaldan əsassız ittihamlara reaksiya – VƏ YAXUD ÜMÜD ƏHMƏDOVU DİGƏR XƏSTƏXANALAR NƏ ÜÇÜN QƏBUL ETMƏMİŞDİ?

"Medera" hospitaldan əsassız ittihamlara reaksiya – VƏ YAXUD ÜMÜD ƏHMƏDOVU DİGƏR XƏSTƏXANALAR NƏ ÜÇÜN QƏBUL ETMƏMİŞDİ?Ötən ilin noyabrında baş verən avtoqəza zamanı ağır xəsarətlər alaraq "Medera" Hospitalın reanimasiya şöbəsinə yerləşdirilən Ümüd İlqar oğlu Əhmədovun sonrakı taleyi ətrafında müxtəlif fikirlər səslənir. Bu vəziyyətdən istifadə edib, sağlamlıq ocağına və tibb işçilərinə qarşı "linç məhkəmələri" qurulur. Halbuki, məruz qaldığı avtoqəzada ciddi xəsarətlər alan Ümüd Əhmədov 25 noyabr 2022-ci ildə xəstəxanaya qəbul olunarkən koma vəziyyəti 3-4 glaskow olaraq müəyyən olunub. Buna səbəb isə ağır beyin zədəsi alması olub. Buna görə, əl-qolu ifliç vəziyyətdə olub və süni tənəffüs aparatına qoşulub.

Haşiyə çıxaq ki, Ü.Əhmədov "Medera" Hospitala daxil olmazdan əvvəl yaxınları tərəfindən müxtəlif xəstəxanalara aparılsa da, heç biri qəbul etməyib. Səbəb olaraq, onun həyat şansının olmadığı göstərilib.

"Medera" Hospitalda Ümüd Əhmədovun üzərində ağır əməliyyat anasının şəxsi razılığından sonra aparılıb. Əməliyyat aparılması ilə bağlı razılıq ərizəsində həkimlər tərəfindən əməliyyatın riskli olduğu barədə xəbərdar edildiyini, ancaq kiçik də olsa şansı dəyərləndirmək istədiyini də yazıb. Bütün bu prosedur qaydalardan sonra yaralı əməliyyat olunub və qeydlərdən görünür ki, əməliyyat uğurlu keçib. Belə ki, cərrahi əməliyyatdan sonra xəstənin vəziyyəti stabil olduğu, huşunun aydınlığı qeydlərdə öz əksini tapıb. Bir neçə aylıq müalicədən sonra Ümüd Əhmədov bu ilin yanvar ayının 18-də xəstəxanadn evə çıxıb.

Təxminən bir ay sonra "City Hospital"da yazılmış epikrizdə də huşunun aydın olduğu, korneal reflekslərin canlı olduğu qeyd edilib. Fevral ayının 24-də keçirilən müayinələrdən sonra xəstə yenidən əməliyyata götürülüb. Martın ilk günü xəstənin vəziyyəti kafi olaraq dəyərləndirilib və müvafiq məsləhətlər verilərək evə buraxılıb.

Sonradan baş verən faciəyə görə isə "Medera" Hospitala qarşı əsassız ittihamlar irəli sürülməyə başlayıb. Guya vəziyyətinin sağalmaz olduğu blinən Ümüd Əhmədov pula görə əməliyyat olunub. Halbuki, Ümüdün anası oğlunun həyatda qalması üçün ən kiçik şansı da dəyərlənmək istəyini razılıq ərizəsində qeyd edib.

Tibb ocağına qarşı daha bir əsassız iddia guya Ümüdün əməliyyatı üçün ailəsindən 180 min manatdan artıq pul alınması haqqındadır. Halbuki rəsmi sənədlərdə 26 noyabr 2022-ci ildən 18 yanvar 2023-cü ilədək olan müddətdə əməliyyat, müayinə, analiz və digər tibbi xidmətlər üçün Əhmədovlar cəmi 39 168 manat ödəyiblər. İndi isə dərdli ailənin vəziyyətindən sui-istifadə edilərək tibb ocağına, həkimlərə qarşı "linç məhkəməsi" həyata keçirilir. Bu isə çox zərərli və təhlükəlidir. Həkimlərin "günah keçisi"nə çevrilməsi çox böyük faciələrə yol aça bilər.

Qeyd etdiyimiz kimi, avtoqəza baş verəndən sonra Ümid Əhmədovu heç bir xəstəxana qəbul etməyib. Həkimlər Xəstənin yaşama şansını 1 % dəyərləndiriblər. Ümüd Əhmədovun anası "Medera" hospitaldan xahiş edib ki, oğlunun nəfəsinin gəlməsi kifayyətdir.

Üstəlik, xəstə "Medera" hospitaldan evə buraxılandan sonra 7 dəfə başqa xəstəxanalarda beynindən əməliyyat olunub.
"Medera" hospitaldan əsassız ittihamlara reaksiya – VƏ YAXUD ÜMÜD ƏHMƏDOVU DİGƏR XƏSTƏXANALAR NƏ ÜÇÜN QƏBUL ETMƏMİŞDİ?"Medera" hospitaldan əsassız ittihamlara reaksiya – VƏ YAXUD ÜMÜD ƏHMƏDOVU DİGƏR XƏSTƏXANALAR NƏ ÜÇÜN QƏBUL ETMƏMİŞDİ?"Medera" hospitaldan əsassız ittihamlara reaksiya – VƏ YAXUD ÜMÜD ƏHMƏDOVU DİGƏR XƏSTƏXANALAR NƏ ÜÇÜN QƏBUL ETMƏMİŞDİ?"Medera" hospitaldan əsassız ittihamlara reaksiya – VƏ YAXUD ÜMÜD ƏHMƏDOVU DİGƏR XƏSTƏXANALAR NƏ ÜÇÜN QƏBUL ETMƏMİŞDİ?"Medera" hospitaldan əsassız ittihamlara reaksiya – VƏ YAXUD ÜMÜD ƏHMƏDOVU DİGƏR XƏSTƏXANALAR NƏ ÜÇÜN QƏBUL ETMƏMİŞDİ?"Medera" hospitaldan əsassız ittihamlara reaksiya – VƏ YAXUD ÜMÜD ƏHMƏDOVU DİGƏR XƏSTƏXANALAR NƏ ÜÇÜN QƏBUL ETMƏMİŞDİ?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1537   Tarix: 11 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr