Zakir Fərəcovdan şübhəli 130 minlik müqavilələr — FAKTLAR
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender elan olunduğu tarixdə yaradılan şirkəti qalib edib.
Sonxeber.az xəbər verir ki, qurum başçısının Hacı Zeynalabdin qəsəbə nümayəndəliyi yaşıllıqların satınalınması ilə bağlı elan etdiyi tenderə yekun vurub. Qalib "Fronsen 2005" MMC olub və təşkilatla 75,900 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Maraqlıdır ki, "Fronsen 2005" MMC tenderin elan olunduğu tarixdə - 15.05.2023-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, yaşayış sahəsi V (Yeni Günəşli qəs.), ev 6, m. 28, qanuni təmsilçisi Fədakar Mürşüdov Müqəddəs oğludur.
Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə nümayəndəliyinin 15.05.2023 tarixində elan etdiyi bir digər tenderin (Hacı Zeynalabdin Parkında abadlaşdırma işləri) qalibi isə elandan 15 gün öncə yaradılmış (28.04.2023) "Edertonmer LL" MMC olub və onunla 52,908 min manat məbləğində müqavilə imzalanıb.
Həmin şirkət də Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində, lakin öncəki şirkətdən fərqli olaraq yaşayış sahəsi D, ev 10, m. 29 ünvanında qeydiyyatdadır. "Edertonmer LL" MMC-nin qanuni təmsilçisi isə Quliyev Ramil Zahid oğludur.
Hər iki şirkətin məhz eyni qəsəbədə yerləşməsi də diqqət çəkən məqamlardan biridir./Olke.az



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1785 Tarix: 13 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021