MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı
MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir.
Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlıq düşüncəsini formalaşdırmaq, maliyyə savadlılığını, liderlik və qərarvermə bacarıqlarını inkişaf etdirmək, eləcə də biznes ideyalarının praktik layihələrə çevrilməsi üçün zəruri bilik və ilkin təcrübə qazandırmaqdır.
Tədris proqramının strukturu
I BÖLMƏ. NƏZƏRİYYƏ - İqtisadiyyat və sahibkarlığın əsasları
7 noyabr 2026 - 9 yanvar 2027. İştirakçılar biznesin əsasları, sahibkarlıq, biznes planının hazırlanması, məhsulun yaradılması, təchizatçıların və materialların seçilməsi, büdcələşdirmə və qiymətqoyma ilə tanış olacaqlar. Bölmə çərçivəsində PR, marketinq, satış və biznesin inkişafı istiqamətləri də öyrəniləcək.
II BÖLMƏ. PRAKTİKA - Biznes təfəkkürü və qərarların qəbulu
16 yanvar - 13 mart 2027. Bu mərhələdə biznes düşüncəsinin, analitik yanaşmanın və qərarvermə bacarıqlarının inkişafına diqqət yetiriləcək. İştirakçılar əldə etdikləri bilikləri praktiki tapşırıqlar vasitəsilə tətbiq edəcəklər.
III BÖLMƏ. LAYİHƏ - Sahibkarlığın praktikada tətbiqi
17 aprel - 7 iyun 2027. Yekun mərhələdə iştirakçılar sahibkarlıq biliklərini layihə üzərində tətbiq edəcək, biznes ideyalarının hazırlanması və təqdimatı üzrə praktiki təcrübə əldə edəcəklər.
Proqram çərçivəsində inkişaf etdiriləcək bacarıqlar və imkanlar
• Maliyyə savadlılığı və büdcə planlaşdırılması;
• Liderlik və effektiv qərarvermə;
• Komanda ilə işləmək və əməkdaşlıq bacarıqları;
• Real biznes layihələri üzərində praktiki iş və qrant imkanları;
• Startap Forumunda və milli çempionatda iştirak;
• Proqramı uğurla başa vuran iştirakçılar üçün beynəlxalq sertifikat.
Tədris formatı və qeydiyyat
Dərslər hər şənbə günü, 2 saat müddətində keçiriləcək. İştirakçılar yaş kateqoriyalarına uyğun qruplara bölünəcəklər. Proqram üzrə tədris materialları MiniBoss Business School tərəfindən təmin olunur.
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 134
Əlaqə və qeydiyyat: +994 50 226 56 65
Qeyd: Proqramın bütün dərsləri və tədris prosesi ingilis dilində həyata keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 115 Tarix: 06 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabr