"Caspian Hotel"də kütləvi DAVA
Bakının Xəzər rayonunda 1980-ci il təvəllüdlü Möhübbət dəniz sahilində yerləşən "Caspian Hotel"də Alman və Elçin adlı şəxslərə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Möhübbət tanışları Seymur adlı şəxs və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər edib.
Bu zaman Möhübbət 9 avqust 2022-ci ildə, saat 03.30-da Türkan qəsəbəsində yerləşən "Caspian Hotel"də kafedə müştəri qismində olarkən musiqi sifarişi ilə bağlı dicey ilə mübahisə edən Elçinə heç bir əsaslı səbəb olmadan yumruqla üz və çiyin nahiyələrinə qəsdən vurub. Ona xəsarətlər yetirib.
Bununla kifayətlənməyən Möhübbət Elçinin yanında olan tanışı Almana özündə olan bıçaqla iki dəfə vurub.
Hadisəni törədən Möhübbətin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Möhübbət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib.
İş üzrə zərərçəkmiş Alman bildirib ki, hadisə günü, gecə saat 02 radələrində Türkan qəsəbəsində yerləşən "Caspian Hotel"də yerləşən kafeyə gediblər:
"Həmin kafeyə tanışım Elçin, Şəmşad, Rövşən ilə birlikdə getmişdim. Həmin kafedə Elçin, Şəmşad, Rövşən ilə bir stol ətrafında oturub pivə içməyə başladıq. Həmçinin orada tanışım Vüsalı da gördüm. Həmin vaxt Elçin diceyə 3 manat verdi, mahnı sifariş verdi. Mahnı yarımçıq kəsildiyi üçün Elçin diceyə öz etirazını bildirdi. Elçini sakitləşdirib kafedən çölə çıxardım. Bu zaman tanımadığım şəxslər həmçinin sonradan adını bildiyim Möhübbət adlı şəxs Elçini itələdi, "nə qışqırırsan" dedi. Sonra yumruqla Elçini üz nahiyəsinə vurdu. Elçin yerə yıxıldı. Elçini yerdən qaldırmaq istəyəndə gördüm ki, əlimdən qan gəlir. Lakin kimin vurduğunu görməsəm də, ayağa qalxanda Möhübbət adlı şəxsin əlində bıçaq olduğunu gördüm. Sonra aralaşıb getdik".
Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Möhübbətin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 1 il 6 ay müddətə sınaq olmaqla 2 il şərti cəza təyin olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1997 Tarix: 13 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabr