"Vəkilliyə qəbul üçün stajın 3 ildən 1 ilə endirilməsi ədalətli olar"- Vamiq Şükürov

"Vəkilliyə qəbul üçün stajın 3 ildən 1 ilə endirilməsi ədalətli olar"- Vamiq ŞükürovParlamentin növbədənkənar sessiyasının iyulun 14-də keçirilən iclasında vəkilliyə qəbul şərtləri müzakirə olunub.
Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, mövcud qanunvericiliyə görə test mərhələsindən keçən vəkil namizədlər üçün 3 illik iş stajı tələbi qoyulub və bu, absurddur.Onlara maksimum 1 il iş stajı vaxtı verilə bilər. Ona görə də qanunvericilikdə 3 illik müddəanın ləğvi lazımdır.Azərbaycanın əksər ucqar bölgələrində vəkil çatışmır.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan vəkil Vamiq Şükürov qeyd edib ki, vəkilliyə qəbul üçün hüquqi staj tələb olunmalıdır, amma 3 il həqiqətən çoxdur. 3 ildən 1 ilə endirilməsi ədalətli olar:

"İlk öncə bildirim ki, vəkil olmaq üçün müəyyən müddətdə hüquqi stajın olması zəruridir. Müddətin nə qədər olmasından asılı olmayaraq təbii ki, vəkilliyə qəbul olunarkən namizədlərdən müəyyən müddət hüquqi staj toplaması tələb olunmalıdır ki, onlar hüquqi təcrübəni müəyyən qədər mənimsəyə bilsin, praktiki vərdişlər qazana bilsinlər və hüququn tətbiq olunmasını öyrənsinlər
Bu, önəmli məsələdir. Lakin 3 il müddət həqiqətən çoxdur. Hesab edirəm ki, 1 il staj müddəti kifayətdir. 3 ilin 1 ilə endirilməsi ədalətli olardı. Vəkil olmaq üçün təkcə hüquqi staj tələb olunmur, eyni zamanda vəkil olmaq istəyən şəxsin hüquqşünaslıq üzrə ali təhsili olmalıdır, test mərhələsindən və müsahibədən keçməlidir. Test mərhələsində qanunvericilik və hüququn ayrı-ayrı sahələri barədə biliklər test çərcivəsində yoxlanılır. Növbəti mərhələ müsahibədir ki, komissiya vəkilin danışıq və çıxış etmə qabiliyyətini, vəkil kimi peşəkar biliklərə necə yiyələndiyini canlı olaraq qiymətləndirir. Üçüncü mərhələdə müsahibədən keçmiş vəkilliyə namizədlər 1 aydan çox müddətə təlimdə iştirak edirlər və həmin təlimdə peşəkar vəkil bilikləri onlara öyrədilir. Nəhayət, namizəd 4-cü mərhələdə and içdikdən sonra vəkillik fəaliyyətinə başlaya bilər. Bu mərhələlərdən keçmiş namizədi yetərli vəkillik bacarığı əldə etmiş hesab edə bilərik. Burada sadəcə staja fikir vermək, sanki digər mərhələlər yoxdur kimi mənzərə yaradılmamalıdır. Namizəd vəkil olmaq üçün qeyd etdiyim mərhələlərdən keçməlidir. Eyni zamanda vəkil peşəsini digər peşələrlə müqayisə etsək, tutaq ki, hüququ tətbiq edən, istintaq və təhqiqat fəaliyyətini həyata keçirən təhqiqatçılar və müstəntiqlərlə, onlardan staj tələb olunmur. Onlar sadəcə test, bəzi hallarda müsahibədən keçirlər. Həmin mərhələlərdən keçdikdən sonra təyin olunacaqları orqanda stajor təyin olunurlar. 1 il və ya 6 ay müddətinə staj keçirlər. Müstəntiqlik və təhqiqatçılıq kifayət qədər ciddi bir hüquq peşəsidir. Bu peşə ilə məşğul olanlar ibtidai istintaqın və təhqiqatın aparılması, cinayətin araşdırılması, hadisə yerinə baxış keçirilməsi, cinayət işinin başlanması, ittiham aktının məhkəməyə göndərilməsi fəaliyyəti ilə məşğul olurlar. İşə qəbul edilərkən onlardan stajın ümumiyyətlə tələb olunmaması o demək deyil ki, həmin fəaliyyət vəkil fəaliyyətindən daha əhəmiyyətsizdir. Əslində, həmin peşələr də vəkillik fəaliyyəti kimi ciddi fəaliyyətdir, amma qanun qabaqcadan onlardan staj tələb etmir. Sadəcə həmin şəxslər təhqiqatçı və ya müstəntiq təyin olunduqda 6 ay -1il müddətinə staj keçib işə başlayırlar. Bu baxımdan həmin peşələrdə qabaqcadan stajin tələb olunmaması onların peşə çatışmazlığına səbəb olmursa, vəkilikdə stajın 1 ilə endirilməsi də onların peşəkarlığına mənfi təsir etmir".

Vəkil bildirib ki, hüquqi stajın azaldılması bölgələrdə vəkillərin sayının artmasına səbəb ola bilər:

"Hesab edirəm ki, vəkilliyə qəbul asanlaşsa, rayonlarda vəkillərin sayı çoxala bilər. Bu da əhaliyə hüquqi yardımın keyfiyyətinin artırılmasına səbəb olacaq. Son vaxtlar rayonlarda Vəkillər Kollegiyasının Rəyasət heyətinin təşviq etməsi ilə vəkil büroları açılır. Əvvəlki illərə baxdıqda büroların sayı xeyli dərəcədə artmağa başlayıb. Həmkarlarımızdan aldığım məlumata görə bəzi vəkillər rayonlara işləməyə həvəslidirlər. Təbii ki, stajın azaldılması vəkillərin saylarının artmasına və rayonlarda vəkillərin say nisbətinin çoxalmasına səbəb olacaq".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2648   Tarix: 14 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr