FHN 4 il əvvəl zəlzələdən zədələnən evləri indi təmir edir – Müəmma
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Təməl Tikinti" MMC (VÖEN- 1006377091) olub.
Yeniavaz.com xəbər verir ki, "Təməl Tikinti" MMC FHN-in sifarişi əsasında 2019-cu il fevralın 5-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Şamaxı rayonunun Şərədil kəndində 2 ədəd, Şamaxı şəhəri Qədirli küçəsi 63 ünvanında 1 ədəd fərdi yaşayış evlərinin bərpası (3 ev) işlərini həyata keçirəcək və qarşılığında 115 min 357 manat 35 qəpik alacaq.
Məlumat üçün bildirək ki, "Təməl Tikinti" MMC 12 fevral 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Bəylər Tanırıverdi oğludur.
"Təməl Tikinti" MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. MMC-nin nə veb-saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. Məlum olan yeganə məlumat isə odur ki, "Təməl Tikinti" MMC son bir il ərzində FHN-nin keçirdiyi 4 tender müsabiqəsində qalib olub.
Şirkətlə bağlı digər bir məlumat isə odur ki, 13 iyul 2023-cü il tarixinə olan məlumata görə MMC-nin dövlət büdcəsinə 3 min 786 manat 31 qəpik vergi borcu var.
Tender müsabiqəsinə təqdim olunan zərflərin açılış tarixi isə 14.07.2023-cü il tarixində olub.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı "Dövlət Satınalmaları haqqında" Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Müsabiqə ilə bağlı diqqət çəkən məqmalardan biri isə zəlzələnin baş verməsindən 4 il keçdikdən sonra FHN-nin evlərin bərpası ilə bağlı tender keçirməsidir.
Ötən il Şamaxı sakinlərindən biri mətbuata açıqlama verərək bildirib ki, o zəlzələdən zərər görən evinin təmiri üçün FHN-yə müraciət edib. FHN isə həmin vətəndaşa məktubla cavab verərək bildirib ki, zəlzələ bölgəsində fəaliyyət göstərən komissiyalar öz işini yekunlaşdırıblar və bu səbəbdən evə baxış keçirilməsi mümkün deyil.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2474 Tarix: 14 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabr