Magistraturaya qəbul üzrə nəticələr açıqlanıb
Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.
Mərkəzdən Sonxeber.az-a bildirilib ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 17 min 359 bakalavrdan 13 min 286 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.
Qəbul olunanlardan 5981 nəfər dövlət sifarişi, 7305 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 9745 nəfər ali təhsil müəssisələrinin cari, 3541 nəfər isə əvvəlki illərin məzunudur.
Magistraturaya qəbul olmuş şəxslər iyulun 21-dən 31-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçmək lazımdır.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 698 Tarix: 18 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Türkiyədə niyə Azərbaycan bayrağı SATILMIR?" - VİDEO
Bakıda yaşayan və azərbaycanlı bəylə ailə quran türk bloqer Sevim narazılığını sosial şəbəkədə dilə gətirib. xəbər verir ki, o, paylaşımında ölkəsi Türkiyədə Azərbaycan bayrağının satılmamasından şikayətlənib:. "Türkiyədəyəm. M.Ə.Rəsulzadənin məzarına gedərkən Azərbaycan bayrağı alıb getmək istədim
24 fevralStilist üç plastik-cərrahdan şikayət etdi: "Burnum çürüdü"
Stilist Emil Hacıyev bir neçə plastik-cərrahdan şikayət edib. Axşam.az xəbər verir ki, stilist bununla bağlı açıqlama yayıb. O bildirib ki, beş dəfə burun əməliyyatı etdirib və dördü uğursuz alınıb. Emil bildirib ki, birinci əməliyyatını həkim Hüseyn Məmmədov etdirib. Stilist uğursuz olduğu üçün ikinc
25 fevralPensiya və sosial yardım alanlara ŞAD XƏBƏR
Sabah müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşdırılacaq. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, DSMF tərəfindən fevralın 26-da müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin yekunlaşdırılmas
25 fevralAnar Kərimova daha bir vəzifə verildi
Maliyyə nazirinin birinci müavini Anar Kərimova daha bir vəzifə verilib. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Anar Kərimov "Aqrarkredit" QSC-nin "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliy
25 fevral"Regional Hospital"ın 824 min manatdan çox vergi borcu üzə çıxdı
"Regional Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu üzə çıxıb. "Unikal"a istinadən xəbər verir ki, "Regional Hospital"ın hazırda dövlətə 824 min 946 manat vergi borcu mövcuddur. Qeyd edək ki, nizamnamə kapitalı cəmi 4 AZN olan MMC-nin direktor
25 fevralXırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı
Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xırdalandakı "Kristal Abşeron" kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb
26 fevralİcra başçısı üç məmurun yerini dəyişdi
Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının bəzi qəsəbələr üzrə nümayəndələri dəyişib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Adil Vəliyev müvafiq əmrlər imzalayıb. Məlumata görə, nümayəndələrin yerdəyişmələri rayonun Bakıxanov, Zabrat və Nardaran qəsəbələri üzrə aparılıb
26 fevral